Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb
Azərbaycanda ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında (YTP) saç boyalarının istehsalına başlanılıb.
Marja.az YTP-yə istinadən xəbər verir ki, YTP-nin rezidenti, Azərbaycanda saç boyası istehsal edən ilk şirkət olan “Azcosmetics Group” MMC tərəfindən “Miss sea” adı altında test rejimində məhsullar istehsal edilir. Yaxın iki ay ərzində isə “Lady star” adı altında məhsul istehsalına başlanılacaq.
Şirkət sonrakı mərhələdə saç və üzə qulluq vasitələri (şampun, balzam, sabun, üz kremi və s.) də istehsal etməyi nəzərdə tutur.
Boyaların əsas xammalı İtaliyadan idxal edilir, məhsulun qablaşdırılması üçün tələb olunan xammal isə yerli istehsaldır. Hələlik məhsullar tam olaraq qablaşdırılmadığından bazara çıxarılmayıb.
Saç boyalarının MDB dövlətləri, Hindistan və ərəb ölkələrinə də ixrac ediləcəyi gözlənilir. Məhsulun qablaşdırılması prosesi həyata keçirildikdən sonra ixrac ölkələrinə nümunələr göndəriləcək.
Şirkətin əsas hədəfi ay ərzində 1 milyon ədəd saç boyası istehsal etməkdir.
“AZCOSMETICS GROUP” MMC-nin direktoru bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında sifarişləri müəyyən edildikdən sonra istehsal həcmini daha dəqiq biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 8 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















