Leobank və Visa Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir
(®) Leobank 2024-cü il Yay Olimpiya Oyunlarının rəsmi sponsoru olan Visa ilə birlikdə lotereya keçirir. İyunun 17-dək davam edəcək lotereya çərçivəsində qaliblər Parisə ikinəfərlik səyahət paketi qazanacaq. Lotereyada iştirak etmək üçün Leobank tətbiqindən Leo Prime Visa VIP kartını sifariş etmək kifayətdir.
Leobank və Visa-nın reklam kampaniyasının siması cüdo üzrə dörd Avropa titulunu qazanan yeganə cüdoçu Hidayət Heydərov seçilib. Qeyd edəki ki, Azərbaycan cüdoçusu 2024-cü il aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə qalib olub.
Leobank və Visa lotereyasının qalibləri Olimpiya Oyunlarının tribunalarında idmançımızı şəxsən dəstəkləyə və onun qələbəsinin şahidi ola biləcəklər!
Adi qara Leo kartı olan hər bir Leobank müştərsi öz kartının statusunu VIP-ə yüksəltməklə, lotereyada iştirak edə bilər. Hazırda Leo kartı olmayan, amma iyunun 17-dək adi qara Leo kart sifariş edən və bu müddət ərzində kartın statusunu VIP-ə yüksəldən müştərilər də avtomatik olaraq lotereya iştirakçısına çevriləcək.
2024-cü il Olimpiya Oyunlarına iki ədəd səyahət paketinin uduş tirajı 21.06.2024-cü il tarixində Leobank-ın Instagram səhifəsində canlı yayımda keçiriləcək. Qaliblər random üsulu ilə təsadüfi olaraq seçiləcək və Leobank onları öz veb-saytında və sosial şəbəkələrində elan edəcək.
Lotereya qaliblərinin qazanacağı səyahət paketinə aşağıdakılar daxildir:
Parisə ikinəfərlik təyyarə biletləri
The Hoxton Paris hotelində ikinəfərlik 4 gecəlik qonaqlama
Bağlanış mərasimi də daxil olmaqla 3 Olimpiya yarışına biletlər
Hava limanından transfer, metro kartı, Paris Pass turist kartı
Lotereyada iştirak imkanı yaradan Leo Prime Visa kartı VIP müştərilər üçün əlavə imtiyazlar təqdim edən premium kartdır. Məsələn: hava limanlarında VIP xidmət, 24 saat konsyerj xidməti, bankdan bonuslar, ödəniş sistemlərindən endirimlər və loyallıq proqramları və sairə.
Leobank Azərbaycanda ilk “mobile-only” (filialsız) bankçılıq xidmətidir. Artıq 1 milyondan çox müştəri banka getmədən “Unibank”ın bu bankçılıq xidmətindən faydalanır.
Veb-sayt: https://leobank.az/az/paris
Sosial şəbəkələr:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 44 d. əvvəl
-
44 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
















.jpg)





