Azərbaycan Mərkəzi Bankı zərərdən mənfəətə keçib
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ili 349 milyon 113 min manat mənfəətlə başa vurub. Halbuki, AMB 2022-ci ildən 63 milyon 955 min manat zərərlə çıxmışdı.
Bu barədə AMB-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il AMB-nin faiz gəlirləri 515 milyon 327 min manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), faiz xərcləri 299 milyon 649 min manat (78,4 % çox), haqq və komissiya gəlirləri 28 milyon 371 min manat (12,5 % az), haqq və komissiya xərcləri 3 milyon 330 min manat (10 % az), sair əməliyyat gəlirləri 1 milyon 116 min manat (96,3 % az), sair əməliyyat xərcləri 113 milyon 320 min manat (1,6% az), maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47 milyon 892 min manat (18,9 % az), maliyyə aktivlərinin tanınması üzrə gəlirləri 2 milyon 974 min manat (əvvəlki il olmayıb), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34 milyon 465 min manat (əvvəlki il zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101 milyon 931 min manat (əvvəlki il zərər olub), qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39,4 % az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə zərəri 4 milyon 320 min manat (əvvəlki il gəlir olub), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13 milyon 548 min manat (2,95 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 48 milyon 801 min manat (əvvəlki il zərər olub), xarici valyuta əməliyyatları üzrə gəlirləri 914 min manat (77,64 % az), digər zərəri isə 25 milyon 137 min manat (əvvəlki il gəlir olub) təşkil edib.
Azərbaycan Mərkəzi Bankı aktivlərini 13 % artırıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793 milyon 463 min manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 12,7 % çoxdur.
AMB-nin aktivlərinin 27 milyard 46 milyon 827 min manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629 milyon 471 min manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az), 1 milyard 208 milyon 132 min manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (1 % çox) təşkil edib.
2023-cü ildə AMB-nin öhdəlikləri 11,2 % artaraq 33 milyard 239 milyon 248 min manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 17,7 % artaraq 17 milyard 318 milyon 195 min manat, kredit təşkilatları qarşısında öhdəlikləri 5,7 % artaraq 6 milyard 521 milyon 107 min manat, hökumət idarələri qarşısında öhdəlikləri 12,2 % azalaraq 3 milyard 759 milyon 175 min manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 1 % artaraq 1 milyard 211 milyon 857 min manat olub.
İl ərzində qurumun balans kapitalı 58,5 % artaraq 1 milyard 554 milyon 215 min manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
10 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
10 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
10 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
12 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)





.jpg)











