“Express Lombard”a 1 milyon maya qoyulur
29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.
Birjanın yaydığı məlumata görə, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir
.Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Express Lombard” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025894
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Səhmlərin sayı: 5,000 (ədəd)
İlkin ticarət qiyməti: 200 manat
Buraxılış həcmi: 1,000,000 manat
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Anderrayter: “Capital Partners İ.Ş” QSC
Qeyd edilib ki, “Express Lombard” ASC-nin Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.2.4.-cü, 4.2.5.-ci və 4.2.6.-ci bəndinin tələblərinə uyğun olaraq, nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır, maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son maliyyə ili üzrə illik maliyyə hesabatları kənar (müstəqil) auditor tərəfindən auditdən keçməlidir və mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran internet səhifəsinə malik olmalıdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
39 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib






















