Neft kəskin ucuzlaşdı - Fevraldan bəri bir ilk
Brent nefti OPEC+ın 2025-ci ildə tələbin proqnozu və qrup xaricindən güclü təkliflə bağlı narahatlıqlara baxmayaraq, hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa başlamağö razılaşdırdıqqdan sonra 80 dollardan da aşağı düşüb.Brent markalı neftin bir barelinin qiyməti fevral ayından bəri ilk dəfə 80 dollardan aşağı düşüb.
Marja.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bazar günü OPEC+ iclasından sonra bildirib ki, hasilat məhdudiyyətləri üçüncü rübdə tam olaraq qüvvədə qalacaq və sonrakı 12 ay ərzində tədricən ləğv olunacaq.
Neft hasilatının azaldılması razılaşması (məhdudiyyətlər) neft qiymətlərini dəstəkləmək məqsədi daşıyır. Əksər bazar müşahidəçiləri OPEC+-ın ixtisarı ilin sonuna qədər uzadacağını gözləyirdilər. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri daxil bir sıra ölkələr hasilat səviyyəsini yüksəltməyə çalışırlar.
Neftin qiyməti son 2 ayda geosiyasi risklər və fiziki tələbin zəifləməsi səbəbindən enmə tendensiyası nümayiş etdirir. Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 4,1% ucuzlaşma ilə 77,76 dollardan ticarət olunub.
Neft qiymətləri son 4 ayın ən aşağı səviyyəsinə düşüb. OPEC+ bu il hasilatı azaltmağa başlayacağına işarə etdikdən sonra "qara qızıl" daha da ucuzlaşıb. Zəif iqtisadi məlumatlar da ləng tələblə bağlı narahatlıqları artırıb.
Neft İxrac Edən Ölkələr Birliyi və Müttəfiqləri (OPEC+) həftəsonu keçirilən iclasda ilin sonuna qədər hasilatın gündəlik 3,6 milyon barrel azaldılması barədə qərar qəbul edib. Lakin kartel 2024-cü ilin sentyabr ayının sonundan 2025-ci ilin oktyabrına qədər ixtisardan 2,2 milyon barel/gün hissəni mərhələli ləğv etməyə başlayacaq.
Bu, bazarlar üçün "ayı siqnalı" kimi qəbul edilib, xüsusən də, tələb gələn il üçün OPEC+ proqnozu kimi reallaşmasa. Həmçinin real vəziyyət, kartelin neft qiymətlərini dəstəkləmək üçün məhdud imkanlara malik olduğunu göstərdirş
“Bazar neft hasilatının azaldılması həcminin ilin sonuna qədər yerində qalacağını gözləyirdi. Lakin 2024-cü ilin sentyabr ayının sonundan məhdudiyyətlər yumşaldılacaq. Bu, Brent markalı xam neftin ucuzlaşmasına səbəb oldu. İnvestorlar qeyri-müəyyən iqtisadi fonda artan təklifi də qiymətləndirirlər" analitiklər bildirirlər.
Xam neft bazarları, ABŞ-dan gələn zəif satınalma menecerləri indeksi (PMİ) məlumatları ilə də narahat olub və bu, ölkədə istehsal fəaliyyətinin may ayında ardıcıl ikinci ay azaldığına işarə edir. Ehtimal olunur ki, inflyasiya və yüksək faiz dərəcələri dünyanın ən böyük yanacaq istehlakçısında iqtisadi aktivliyi daha da yavaşladıb, bu da tələbin azalmasına səbəb ola bilər. Bazarlar FED-in sentyabr ayında faiz dərəcəsini endirəcəyini gözləyir.
Dünyada ən böyük neft idxalçısı Çində də iqtsadi vəziyyətin durğun olması əhval-ruhiyyəyə mənfi təsir edir.
OPEC+ və zəif tələblə bağlı narahatlıqlara əlavə olaraq, ABŞ-ın Yaxın Şərqdə daha stabil geosiyasi şəraitin müjdəçisi ola biləcək İsrail və Həmas arasında atəşkəsə vasitəçilik etməyə cəhd etməsindən sonra, neft treyderlərinin xam neft əməliyyatlarını bağladıqları müşahidə olunur.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
1 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
Ən çox oxunanlar
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"
"Dövlət xətti ilə 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə 3 milyard manatdan çox olacaq"
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)







