"Yapı Kredi Bank Azərbaycan"ın dəstəyilə Türk Dövlətləri Qiymətləndiriciləri Forumu keçirilib
(®) 1 iyun 2024-cü il tarixində Bakıda "Yapı Kredi Bank Azərbaycan" QSC-nin dəstəyi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə Türk Dövlətləri Qiymətləndiricilərinin lll Forumu baş tutub.
Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətindən, eləcə də qonaq qismində Rusiya, Belarus və Gürcüstandan qiymətləndirmə birliklərinin rəhbərləri və Azərbaycanın İqtisadiyat, Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Mərkəzi Bankının nümayəndələri və deputatlar iştirak edib. Forumun məqsədi türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşımaqdır.
Forum zamanı "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Əməliyyat Qrupu, Logistika və Ümumi Xidmətlər üzrə Direktorun müavini, İdarə Heyətinin üzvü Şəhla Səmədova çıxış edərək, bu cür tədbirlərin iqtisadiyyat və maliyyə sektorunun iştirakçılarının , o cümlədən, banklar , qiymətləndirmə şirkətləri , sığorta şirkətlərinin və s. maliyyə strukturlarının fəaliyyətinin vahid mexanizm şəklində fəaliyyət göstərməsinə təkan verəcəyini qeyd etmişdir. Tədbirin sonunda Özbəkistan nümayəndəliyi tərəfindən Yapı Kredi Bank Azərbaycana hədiyyə təqdim olunmuşdur.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının yaradılması ilə bağlı Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti arasında razılıq əldə olunub. 2023-cü ilin aprel ayında isə Bakıda keçirilən zirvə görüşündə bu razılıq rəsmi şəkildə qəbul edilib və bundan təxminən bir ay sonra Qazaxıstanda təsis konfransı keçirilib. Bundan öncə də Ankara və Türküstan şəhərlərində Türk Dövlətləri Qiymətləndiricilərinin birinci və ikinci forumları baş tutub.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
13 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb























