“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu
(®) Azərbaycan Respublikasının Mərkəzi Bankı “A-Solutions” MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərməsi üçün lisenziya təqdim edib.
Qeyd etmək lazımdır ki, təşkilatın əsas səhmdarı qismində “Azercell Telekom” MMC çıxış edir. Beləliklə də, ölkənin telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatlarını, həm də mobil rabitə imkanlarını birləşdirən “akart” bu lisenziyanı alan birinci fintex həlli oldu.
Qeyd edək ki, müştərilərə nağdsız hesablaşma və ödənişləri daha rahat şəkildə yerinə yetirməyə imkan yaradan bu unikal məhsul ilə kartdan karta sürətli pul köçürmələrini, kommunal ödənişləri və digər əməliyyatları yerinə yetirmək mümkündür. Eyni zamanda, “akart”ın “Apple” və “Google Pay” vasitəsilə təmassız ödəniş, ayda 100 AZN-dək keşbek və 10 GB-dək bonus qazanma imkanı, genişlənən partnyor şəbəkəsi və s. kimi üstünlükləri var.
Beləliklə virtual kart əhalinin bank xidmətlərinə çıxışı aşağı olan və ya ümumiyyətlə olmayan qisminə onlayn bankçılıq üçün rahat və sərfəli həll təqdim edir. Həllin məqsədi “akart” vasitəsilə ölkə əhalisinə nağdsız ödəniş vərdişlərini təşviq etməkdir. Bununla da virtual kart Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə və rəqəmsal ekosistemin inkişafına töhfəsini verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)








.jpg)
