"Dövlət borcunun ÜDM-ə nisbəti hədəf çərçivəsindədir"
Təhlillər göstərir ki, büdə qaydasının digər göstərici olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti hədəf çərçivəsindədir.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Büdcə layihəsində dövlət orqanları əsas fiskal riskləri şərh edib. Palatanın təhlilləri həmin fiskal risklərin 5 ayda mənfi təsirlərlə reallaşmadığını, dürüstləşmənin bəzi riskləri aradan qaldırdığını göstərir", - deyə o qeyd edib.
"Yenidən baxılma zamanı bəzi makro iqtisadi göstəricilərlə bağlı dəqiqləşdirilmiş məlumatların məhdud olması və yaxud məhdud təqdim edilməsi, dövlət büdcəsi gəlirlərinin müvafiq hesablama qaydasına uyğunluğunu qiymətləndirməyi çətinləşdirib. Lakin həmin məhdud məlumatlar əsasında aparılan təhlillər bəzi mədaxil mənbələri üzrə gəlirlərin proqnozunun büdcə qaydası ilə hesablanan göstəricilərdən çox olduğunu göstərir", - deyə V.Gülməmmədov əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























