İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 13 %-dən çox artıb
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2023-cü ili 23 milyon 233 min manat mənfəətlə başa vurub.
Fondun maliyyə hesabatına görə, bu, 2022-ci illə müqayisədə 13,4 % çoxdur.
Ötən il İKZF-nın faiz gəlirləri 79 milyon 387 min manat (əvvəlki ilə nisbətən 20,3 % çox), faiz xərcləri 44 milyon 469 min manat (25,1 % çox), gözlənilən kredit zərəri 730 min manat (38,7 % az), haqq və komissiya gəlirləri 1 milyon 173 min manat (21 % az), haqq və komissiya xərcləri 1 milyon 729 min manat (33 % çox), digər gəlirləri 1 milyon 367 min manat (2,7 % çox), insan resursları üzrə xərcləri 6 milyon 669 min manat (20,5 % çox), inzibati və digər xərcləri isə 5 milyon 99 min manat (7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə İKZF-nın aktivləri 2 milyard 793 milyon 465 min manat olub ki, bu da illik müqayisədə 16,4 % çoxdur. Bunun 2 milyard 5 milyon 998 min manatı müştərilərə verilmiş ipoteka kreditləridir. Son 1 ildə Fondun kredit portfeli 17,4 % böyüyüb.
Hesabat dövründə Fondun öhdəlikləri 20,3 % artaraq 1 milyard 676 milyon 617 min manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının ümumi dəyəri 20,3 % artaraq 1 milyard 646 milyon 852 min manata, balans kapitalı isə 11 % artaraq 1 milyard 116 milyon 848 min manata, o cümlədən nizamnamə kapitalı 9,8 % artaraq 980,7 milyon manata çatıb.
Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




