Əsas alıcılardan biri Azərbaycandır
Rusiya 2016-cı ildə xarici ölkələrə 230 min ton həcmində kartof satıb. Rusiya kartofunun əsas alıcıları Azərbaycan və Ukraynanın şərq regionları olub.
"İnterfax"ın verdiyi xəbərə görə, ötən kənd təsərrüfatı ilində (2015-ci il iyul-2016-cı il iyun) Rusiyanın kartof bazarı yüksək məhsuldarlıq dövrünü yaşayıb. 2015-ci ildə rəsmi statistikaya görə, 33,6 mln. ton kartof istehsal olunub. Bu, son beş ilin orta göstəricisindən 16% yüksəkdir.
Rusiya Statistika Komitəsinin məlumatına görə, əmtəəlik sektorun istehsal etdiyi məhsulun həcmi 7,5 mln. ton təşkil edib. Qalan məhsul isə özəl yardımçı təsərrüfatlar tərəfindən təmin edilib.
Məhsulun çoxluğu Rusiya bazarında 2016-cı ilin birinci yarısında qiymətlərin xeyli ucuzlaşmasına gətirib çıxarıb. İlin sonunu əksər təsərrüfatçılar hətta zərərlə başa vurub. Belə olan halda, əkin sahələrinin azaldılması barədə qərar verilib. Nəticədə, kənd təsərrüfatı sahələri 5% azaldılaraq, 193 min hektaradək, kəndli-fermer təsərrüfatları üzrə isə 4%, yəni 145 min hektara kimi azaldılıb. Ekspertlər cari, 2016-2017-ci kənd təsərrüfatı ilinin yekunlarının birmənalı olmayacağını proqnozlaşdırırlar.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)






