Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!
Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəblilər Mərkəzi Avropa İnformatika Olimpiadasında 1 gümüş və 1 bürünc medalla təltif ediliblər(®) Çexiyanın Brno şəhərində proqramlaşdırma üzrə Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib. 11 ölkədən 60-a yaxın məktəblinin qatıldığı bilik müsabiqəsində Azərbaycan uğurla təmsil olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal əldə ediblər.
1994-cü ildən etibarən keçirilən CEOI regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından biri hesab olunur. Müsabiqə xüsusi olaraq iştirakçıların alqoritmik məsələlərin həlli, analitik düşüncə və proqramlaşdırma bacarıqlarını dəyərləndirilir.
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom”-un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ölkəmizi uğurla təmsil edərək ümumilikdə 72 medal qazanıblar.
Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub




























