Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün Böyük Britaniyada ÜDM, Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi göstəricilərinin dərc olunması ərəfəsində funt dollar və avro qarşısında bahalaşıb. Belə ki, GBP/USD cütlüyü dünən ticarətə 1.2780 səviyyəsində başlasa da, gün sonunda 1.2845 səviyyəsində qərarlaşmışdır. Bugün isə cütlük artıq 1.2863 həddinə qədər bahalaşıb. EUR/GBP cütlüyü isə ötən gün ərzində 0.8458 həddindən 0.8426 həddinə qədər ucuzlaşıb.
ABŞ-da qasırğa mövsümünün təsiri ilə bağlı narahatlıqlar fonunda son həftələr Avropa birjasında qaz qiymətləri ucuzlaşır. Təbii fəlakətlərin baş verməsi Avropaya LNG tədarükünə təsir edə bilərdi, lakin, böyük fəsadların baş verməməsi qaz qiymətlərində olan riski azaldır. Çərşənbə axşamı Avropada qazın birja qiymətləri mayın 20-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 350$ səviyyəsindən aşağı düşüb. Çərşənbə günü isə qazın qiyməti eniş tendensiyasını davam etdirib.
ABŞ-ın Energetika Nazirliyinin dərc etdiyi sənədə əsasən, ölkə öz strateji ehtiyatlarını doldurmaq üçün 4.5 milyon barrel xam nefti 80$-dan ucuz qiymətə almağı planlaşdırır və bu məqsədlə bir neçə vasitəçi ilə tədarük imkanlarını nəzərdən keçirməyə hazırdır.
Həmçinin yay mövsümündə tələbin artması səbəbindən ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı məlumatların dərc olunmasından sonra beynəlxalq birjalarda neft qiymətləri yüksəlir. “Qara qızılın” qiymətlərində ötən həftənin cümə günündən başlayan eniş tendensiyası dünən bitib. “Brent” markalı neftin bir barrel üçün qiyməti 86.30$, “WTI” markalı neftin bir barrel üçün qiyməti isə 83.00$ səviyyəsində ticarət olunur.
Bazar iştirakçıları Böyük Britaniyada açıqlanacaq statistik məlumatlardan başqa, bugün Almaniyada və ABŞ-da dərc olunacaq inflyasiya göstəricilərini də diqqətlə izləyəcəklər. Amerikada istehlak qiymətlərinin aylıq ifadədə 0.1%, illik ifadədə isə 3.1% artığı proqnozlaşdırılır. Əlavə olaraq, cümə günü ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri açıqlanacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















