Tanınmış idmançılar qlobal şirkətləri birdəfəlik plastik butulkaların satışını dayandırmağa çağırıb
Dünyada tanınmış yüzədək idmançı “Coca-Cola” və “Pepsi” içkilərinin istehsalçılarını birdəfəlik plastik butulkaların satışını dayandırmağa, ətraf mühitin plastiklə çirkləndirməsinə son qoymağa və idman tədbirlərinin sponsorluğu zamanı təkrar istifadə edilə bilən qabları təşviq etməyə çağırıblar.
“Politico” nəşri xəbər verir ki, çağırış Parisdə iyulun 26-da “Coca-Cola”nın sponsorluğu ilə başlayacaq Olimpiya və Paralimpiya oyunları ərəfəsində səsləndirilib.
Məqalədə qeyd olunur ki, Paris Olimpiadasında iştirak edəcək 102 həqiqi və keçmiş idmançı iyulun 10-da “Coca-Cola” şirkəti, onun “Coca-Cola Europacific Partners” Avropa filialına və amerikalı rəqibi “PepsiCo” şirkətinin baş direktorlarına məktub göndərərək onları “Olimpiya və idman ruhunda” plastiklə çirklənməyə son qoymağa çağırırlar.
Məktuba imza atanlar arasında fransalı vindserfer Şarlin Pikon, atçılıq üzrə Olimpiya oyunlarının gümüş mükafatçısı irlandiyalı Sara Ennis, amerikalı üzgüçü və ikiqat Olimpiya qızıl medalı sahibi Zak Epple, həmçinin Almaniya, İsveç, Polşa, Nigeriya və Meksika idmançıları var. Məktuba həmçinin doqquz beynəlxalq idman təşkilatı imza atıb.
“Break Free From Plastic” (BFFP) beynəlxalq ətraf mühit təşkilatının qlobal audit hesabatına görə, “Coca-Cola”, “PepsiCo” və “Nestle” planetin plastik çirklənməsində liderdir. “BFFP”nin araşdırmalarının nəticələri “Coca-Cola”nın ətraf mühiti “Pepsi” və “Nestle”nin birlikdə götürüldüyündən daha çox çirkləndirdiyini göstərir.
“Politico” xatırladır ki, hələ keçən il Paris meri Ann İdalqo Olimpiya oyunlarında birdəfəlik plastikin istifadə edilməsinə qadağa qoyulduğunu elan etsə də, Fransa mediası Olimpiadada içkilərin təxminən 40 faizinin plastik butulkalarda gətiriləcəyini bildirib.

© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
8 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
10 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
13 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
14 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb





















