Türkiyə İnstagram-a girişi blokladı
Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Təşkilatının (BTK - Bilgi Teknolojileri ve İletişim Kurumu) qərarı ilə ölkədə İnstagram-a giriş bloklanıb.
Marja xəbər verir ki, İnformasiya Texnologiyaları və Rabitə Təşkilatının saytında yayılan məlumata görə, bu gün səhər saatlarında İnstagram-a giriş bağlanıb.
Qərardan sonra Türkiyədən İnstagrama daxil olmaq mümkün deyil.
İyulun 31-də Türkiyənin Kommunikasiya Direktoru Fahrettin Altun sosial media platforması"X" hesabında HƏMAS lideri Haniyənin ölümündən sonra başsağlığı mesajı yayımlamış və İnstagram-ın Haniyə ilə bağlı yazıları blokladığını bildirmişdi:
"İnsanların heç bir səbəb göstərmədən Haniyənin şəhadəti ilə bağlı başsağlığı göndərməsinə mane olan sosial media platforması İnstagram-ı da şiddətlə qınayıram. Bu, çox aydın senzura cəhdidir".
Kommunikasiya direktoru Altunun bu paylaşımından sonra avqustun 2-də BTK tərəfindən İnstagram-a giriş bloklanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















