“AzerGold”ın İşçi qrupu Gədəbəydəki mədənlərə baxış keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanmış saziş üzrə səlahiyyətlərinin icrası çərçivəsində ilkin tanışlıq səfərləri həyata keçirib.
QSC-nin yaydığı məlumatda bildirilri ki, məqsəd saziş sahələrində mədənlərin idarə olunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə fəaliyyətlə tanışlıq, əməliyyat şirkəti “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”in (AİMK) dağ-mədən sahəsində fəaliyyətinin təkmilləşdirilməsi, Sazişin tələblərinə uyğun icrası istiqamətində təkliflərin hazırlanması, prosesə dəstək göstərilməsi və nəzarət tədbirlərinin icra edilməsidir.
Bu məqsədlə “AzerGold” QSC-nin nəzdində yaradılmış İşçi qrupu xarici şirkətin yeganə aktiv əməliyyat sahəsi olan “Gədəbəy” saziş sahəsinə səfər edib. Tanışlıq səfəri çərçivəsində əvvəlcə Səhmdar Cəmiyyət və AİMK nümayəndələri arasında görüş keçirilib, xarici operatorun fəaliyyəti, tətbiq etdiyi hasilat üsulları, istehsalat texnologiyaları və digər istiqamətlərdə görülən işlərlə bağlı məlumat əldə edilib, fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra “Gədəbəy” saziş sahəsinə daxil olan “Gədəbəy”, “Qədir”, “Zəfər”, “Uğur” və “Gilar” qızıl, gümüş, mis yataqları, həmçinin istehsalat zavodları, nəm tullantı anbarı, laboratoriya və digər infrastruktur obyektlərinə baxış keçirilib.
Məlumat verilib ki, 8 saziş sahəsində işləmək hüququna malik olan AİMK hazırda “Gədəbəy” saziş sahəsində yerləşən mədənlərdə açıq və yeraltı hasilat üsulları ilə filizçıxarma əməliyyatlarını icra edir. Hasil edilən filizlər metal tərkibindən asılı olaraq çeşidləndikdən sonra aidiyyəti üzrə rayon ərazisində yerləşən qızıl və ya mis emalı təyinatlı istehsalat sahələrində emal olunur.
Bundan başqa, İşçi qrupun üzvləri geoloji tədqiqat və istismara hazırlıq mərhələsində olan “Qaradağ”, “Qızılbulaq” və “Dəmirli” filiz yataqlarına da səfər edərək, sahələrə baxış keçiriblər.
Tanışlıq səfərləri zamanı İşçi qrupun üzvləri yekun hesabata əlavə edilməsi, Saziş üzrə tərəfdaşlıqla bağlı hazırlanacaq Tədbirlər Planında nəzərə alınması üçün müvafiq qeydlər aparıblar.
Növbəti mərhələdə isə “AzerGold” QSC tərəfindən saziş sahələrində mədən-filiz əməliyyatlarının icrası zamanı fəaliyyətin sazişin tələblərinə uyğun şəkildə təşkil edilməsi üçün zəruri tədbirlər görüləcək, eyni zamanda xarici şirkətin hökumət orqanları ilə əməkdaşlığına dəstək göstəriləcək. Eyni zamanda saziş sahələrində mütəmadi monitorinq işləri həyata keçiriləcək.
Xatırladaq ki, hasilatın pay bölgüsü haqqında saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl”ın ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilmişdi. Azərbaycan Respublikasının 21 iyun 2024-cü il tarixli, 1176-VIQ nömrəli Qanunu ilə sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
27 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















