Xalq Bank və Qatar Airways-dən eksklüziv kampaniya!
(®) Xalq Bank 2024-cü ildə “Skytrax World Airline” mükafatı üzrə 8-ci dəfə dünyanın ən yaxşı aviaşirkəti seçilən “Qatar Airways”lə əməkdaşlıq çərçivəsində müştərilərə geniş səyahət imkanları açan növbəti kampaniyaya start verir.
Bu gündən başlayan kampaniyada Xalq Bankın istənilən Mastercard və ya Visa ödəniş kartı ilə “Qatar Airways”dən aviabiletləri 12 %-dək endirimlə əldə etmək mümkün olacaq. Müştərilər https://www.qatarairways.com/en-az/offers/cug/xalq-bank.html səhifəsində endirim təklif edilən uçuş istiqamətləri ilə tanış olaraq Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş QRXALQ24 promokodu ilə endirimdən yararlana biləcəklər.
Qeyd edək ki, endirimlər həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Kampaniyada Xalq Bankın bütün Visa və Masterсard ödəniş kartları iştirak edir.
Kampaniya 31.12.2024-cü il tarixədək davam edəcək. Kampaniya zamanı alınmış aviabiletlərin səyahət dövrü isə 31.03.2025-ci il tarixədəkdir.
Təklif yoladüşmə məntəqəsi Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD) olmaqla “Qatar Airways”in Doha şəhəri üzərindən həyata keçirilən tranzit uçuşlarına şamil edilir. Endirimlər Barselona, Madrid, Paris, Kuala Lumpur, Tokio, Maldiv adaları, Bali, Sidney, Toronto, Nyu-York da daxil olmaqla 50-dən çox istiqamətə uçuşlarda keçərlidir.
Xalq Bankın təklif etdiyi ödəniş kartlarını həm geniş filial şəbəkəsindən, həm də https://cardorder.xalqbank.az/ linki vasitəsilə keçid edərək onlayn sifariş vermək mümkündür. Bakı ərazisində kartların çatdırılması pulsuzdur.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 18 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







