Bakıda bir neçə müəssisədə vaxtı keçmiş məhsullar aşkar edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda bir neçə istehsal müəssisəsində vaxtı keçmiş məhsullar aşkar edib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, xidmət tərəfindən aparılmış araşdırmalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 7/19 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Məlik Balakişi oğlu tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq "Saratovka" adlı,
-Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi, ev 6 ünvanında "Kaspian Prodakşn Layn" MMC tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq "Lavanda" adlı,
-Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Bakı-Duz, qeyri-yaşayış sahəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramazanov Mehman Mahir oğlu tərəfindən istehsal edilən yağlılığı 9% olan 400 qramlıq "İsmayıllı" adlı,
-Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, şossesenin sağ tərəfi ünvanında fəaliyyət göstərən fiziki şəxs Məsimov Alim Nəriman oğlu tərəfindən istehsal edilən yağlılığı 18% olan 400 qramlıq "Bərəkət" adlı şorların etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.
“Məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla, insanların həyat və sağlamlığına təhlükə yaradır.
Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə "Kaspian Prodakşn Layn" MMC-yə, fiziki şəxslər Ağayev Məlik Balakişi oğluna, Ramazanov Mehman Mahir oğluna və Məsimov Alim Nəriman oğluna müvafiq göstəriş verilib”, - deyə məlumatda vurğulanıb.
Xidmətdən bildirilib ki, istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







