Avronun kəskin ucuzlaşacağı proqnozlaşdırılır
"Morgan Stanley", Avropa Mərkəzi Bankının (AMB) faiz endirimlərini sürətləndirməsi ilə avronun 7 faiz dəyər itirəcəyini proqnozlaşdırır.Qlobal investisiya bankı "Morgan Stanley", Avropa Mərkəzi Bankının (ECB) "büdrəyən" iqtisadiyyatın öhdəsindən gəlməyə çalışdığı bir mühitdə faiz endirimlərini sürətləndirəcəyi üçün, aylar ərzində avronun dollar qarşısında dəyərini itirəcəyini gözləyir.
Marja.az xəbər verir ki, Bankın valyutalar üzrə departamentinin rəhbəri Devid Adams Bloomberg-ə verdiyi müsahibəsində, avronun ilin sonuna kimi 1,02 dollara düşəcəyini gözlədiklərini bildirib ki, bu da hazırkı səviyyələrdən (1.1041) təxminən 7 faiz ucuzlaşma deməkdir.
Bu proqnoz, Avropa Mərkəzi Bankının növbəti üç iclasında faiz dərəcələrini azaltmağa davam etməsi və 0,50 bəndlik faiz endirimi edilməsi ssenarisinə əsaslanır.
Avropada artan siyasi qeyri-müəyyənlik indi avroda ucuzlaşma tendensiyası olduğuna inamı artırır. Son aylarda Fransa siyasətinə çox diqqət yetirilsə də, Adams, Almaniyadakı siyasi prosesləri regionun uzunmüddətli siyasi sabitliyi üçün eyni dərəcədə narahatedici hesab edir. İqtisadi inkişafın yavaşladığı bir vaxtda siyasi risklərin və qeyri-müəyyənliyin artdığını qeyd edən Adams, "Bu faktorların hər ikisi investorların bölgəyə sərmayə qoymağa daha az həvəsli olacağını göstərir" deyib.
Digər tərəfdən, hazırda valyuta bazarları bu il Avropada faiz dərəcəsinin təxminən 0,60 faiz bəndi endiriləcəyini ehtimal edir. ABŞ-da isə təxminən 1,10 faiz bəndi həcmində daha böyük azalma gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














