Bakıdan Sumqayıta avtobusla gedənlərin nəzərinə!
Sumqayıta metronun “Azadlıq prospekti” stansiyasından da yola düşmək mümkün olacaq.Bakıdan Sumqayıta yola düşmək istəyən vətəndaşlar paytaxtın müxtəlif ərazilərindən həmin istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarından istifadə edə bilərlər.
“Marja” AYNA-ya istinadən xəbər verir ki, Sumqayıta daha tez çatmaq üçün vətəndaşlar “Avtovağzal” metrostansiyasından “Neoplan” avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspress marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir.
“Bu həftənin sonundan etibarən isə Sumqayıta metronun “Azadlıq prospekti” stansiyasından da yola düşmək mümkün olacaq. Belə ki, “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək. Eyni zamanda, metronun “20 Yanvar” stansiyasının yaxınlığından, “Şamaxinka” adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir”, - deyə AYNA-dan verilən məlumatda bildirilir.
Qeyd edək ki, Bakıdan Sumqayıt və Abşeronun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır. Hazırda Bakının istənilən ərazisindən avtobus, metro vasitəsilə “Avtovağzal” stansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür. HUB-dan Bakı, Sumqayıt və Abşeronun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
45 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
49 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib















.jpg)




