Volkswagen Çinli rəqiblərinə uduzur - 15 mindən çox işçisini ixtisar edə bilər
Bu, şirkətə təxminən 4,4 milyard dollara başa gələ bilər.Almaniyanın avtomobil istehsalçısı Volkswagen zavodlarının bağlanması səbəbindən 15 mindən çox işçisini işdən çıxara bilər.
Marja xəbər verir ki, "Bloomberg" bu barədə bazar ertəsi "Jefferies" maliyyə şirkətinin analitiklərinin məlumatlarına istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu, Volkswagen-ə təxminən 4,4 milyard dollara başa gələ bilər. Zavodların bağlanması ilə bağlı qərar qəbul etmək üçün avtomobil istehsalçısının müşahidə şurasının razılığı tələb olunmur. Həmkarlar ittifaqları "əməkhaqqı məsələlərinə etiraz edə bilər, lakin zavodların bağlanması və ixtisarlara etiraz edə bilməz".
"Bloomberg" əlavə edib ki, son vaxtlar Volkswagen Amerika şirkəti Tesla və bəzi Çin avtomobil istehsalçıları, o cümlədən BYD ilə rəqabət aparmaqda çətinlik çəkir. Şirkət yüksək xərclər və şiddətli rəqabətlə üzləşib.
"Bloomberg" daha əvvəl bildirmişdi ki, Volkswagen və Volvo da daxil olmaqla, avropalı avtomobil istehsalçıları elektrikli avtomobillərin istehsalında geriləmə səbəbindən avtomobil sənayesinin gələcəyi uğrunda qlobal yarışda Amerika və Çin rəqiblərinə uduzmaq riski ilə üzləşirlər. Bu, agentliyin nöqteyi-nəzərindən iki səbəblə bağlıdır. Birincisi, Avropa şirkətləri sərfəli qiymətə elektrik avtomobil modelləri hazırlaya bilmədilər. İkincisi, dövlət dəstəyi proqramlarının kəsilməsi istehlakçıların Avropanın elektrik avtomobillərinə marağını daha da sarsıdıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
47 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








