“Azəristiliktəchizat”da yığılmış zərər "şişir" - 118 MİLYON MANATI DA KEÇİB
2023-cü ildə də “Azəristiliktəchizat” ASC -nin yığılmış zərəri artıb.
Marja.az ASC-nin balans hesabatına istinadən xəbər verir ki, ötən il “Azəristiliktəchizat”ın yığılmış zərəri 9 milyon 794 min manat artaraq 31 dekabr 2023-cü il tarixində 118 milyon 210 min manata çatıb.
2022-ci ilin sonunda “Azəristiliktəchizat” şirkətinin yığılmış zərəri 108 milyon 416 min manat təşkil etmişdi.
Yığılmış zərərin artması “Azəristiliktəchizat” ASC-nin 2023-cü ildə də xalis zərər ilə fəaliyyət göstərdiyinə işarədir.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC rəsmi qəzetdə maliyyə hesabatlarını yarımçıq şəkildə dərc etdirib. Mənfəət və zərər hesabatı dərc edilmədiyi üçün, şirkətin gəlirləri və xərcləri barədə məlumatları təqdim edə bilmirik.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC yaşayış binalarını, təhsil, səhiyyə və digər obyektləri istilik ilə təchiz edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 38 d. sonra
-
12 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 13 d. əvvəl
-
-
20 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
26 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
38 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 42 d. əvvəl
-
57 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























