Azərbaycan hava yükdaşımaları şirkəti 6 ayda 1,1 milyard manatdan çox gəlir əldə edib
Azərbaycan hava yükdaşımaları şirkəti "Silk Vey Vest Aviaşirkəti" MMC 2024-cü ilin birinci yarısını (yanvar-iyun) 77 milyon 911 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ilin birinci yarısını 10 milyon 85 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Silk Vey Vest Aviaşirkəti"nin xalis mənfəəti 7,7 dəfə artıb. Xalis mənfəətin artması gəlirin artmasından qaynaqlanır.
Marja.az Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında "Silk Vey Vest Aviaşirkəti"nin gəlirləri 1 milyard 136 milyon 410 min manat, əməliyyat xərcləri 987 milyon 32 min manat və nəticədə əməliyyat mənfəəti 154 milyon 901 min manat təşkil edib.
2023-cü ilin ilk 6 ayında "Silk Vey Vest Aviaşirkəti"nin gəlirləri 816 milyon 371 min manat, cəmi əməliyyat xərcləri 787 milyon 766 min manat, əməliyyat mənfəəti 35 milyon 629 min manat təşkil etmişdi.
30 İyun 2024-cü il tarixində "Silk Vey Vest Aviaşirkəti" MMC 3 milyard 242 milyon 11 min manat cəmi aktivlərə malik olub. Şirkət 30 İyun 2023-cü il tarixində 2 milyard 612 milyon 837 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, regular və çarter reyslərlə hava yük daşımaları xidmətləri göstərən "Silk Vey Vest Aviaşirkəti" MMC-nin payçıları "Silk Way Aviaşirkəti" MMC (98% pay) və "Silk Way Development" MMC-dir (2% pay).
30.06.2024-cü il tarixində "Silk Vey Vest Aviaşirkəti" MMC-nin işçilərinin sayı 1123 nəfər olub.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
21 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 33 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























