“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb
“AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Mütəmadi monitorinqlər nəticəsində surəti köçürülmüş IMEI kodlar aşkarlanaraq onlara “klon” statusu verilir. “Klon”laşdırılmış IMEI kodlarla istifadə olunan cihazlara məhdudiyyət tətbiq olunur.
Mübarizə tədbirləri çərçivəsində bu günədək 24 375 IMEI koda “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan əvvəlki 3 ayda 1 570 842ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla bu günədək 1 157 111 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”un Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində dövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir.
Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyən şəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçirilmiş cihazların IMEI kodlarının surətini yenilərinə köçürərək onların satışını həyata keçirirlər. Alıcı isə bu prosesdən məlumatsız olduğu üçün sonradan cihaza tətbiq olunan məhdudiyyətlə üzləşir. Bu cür hallarla qarşılaşmamaq üçün mobil cihaz alarkən mütləq IMEI kodunun orijinallığını yoxlamaq tövsiyə olunur. Yoxlamanı “portal.rinn.az” saytında ödənişsiz həyata keçirmək mümkündür. Bunun üçün cihazın ekranında *#06# yığaraq çıxan kodu kopiyalayıb saytda “IMEI yoxlama” hissəsinə yapışdırmaq və “yoxla” düyməsini sıxmaq kifayətdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















