SOCAR, bp və “Azərbaycan İnvestisiya Şirkəti” arasında səhmdarlar sazişi imzalandı
Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi üzrə imzalanan sənədə əsasən, “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) SOCAR-ın və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin də daxil olması ilə birgə müəssisəyə çevrilir.2 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, bp-nin günəş və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Alvarez Marivela və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov arasında görüş keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə SOCAR ilə bp arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əlaqələrdən məmnunluq ifadə edilib. Bu xüsusda, Cəbrayıl rayonunda icra olunacaq “Şəfəq” layihəsində birgə iştirakın uğurlu əməkdaşlığın genişləndirilməsinin bariz göstəricisi olduğu qeyd edilib. “Şəfəq” layihəsinin Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcəyinə inam ifadə olunub.
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində SOCAR, bp və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında səhmdarlar sazişi imzalanıb.
Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi üzrə imzalanan sənədə əsasən, “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) SOCAR-ın və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin də daxil olması ilə birgə müəssisəyə çevrilir.
“Şəfəq” layihəsi çərçivəsində “Virtual Enerjinin Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacaq ki, bu da günəş enerjisi istehsalına və əldə olunan enerjinin “AzərEnerji” ASC vasitəsilə milli elektrik şəbəkəsinə ötürülməsinə imkan verəcək.
bp-nin də yayıdığı məlumatda da bildirilir:
bp, Azərbaycanın Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsinin ilkin tək investoru kimi, bu gün SOCAR Green (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə səhmdarlar sazişi imzalayıb və bununla "Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) adlı yeni birgə müəssisə yaradılıb.Bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək.
Bundan əvvəl, səhmdarlar sazişi üzrə danışıqlara başlamaq məqsədilə ötən ilin sentyabrında eyni tərəflər arasında qoşulma sazişi imzalanmışdı.
“Şəfəq” layihəsində “Virtual Enerji Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə, bu mexanizm layihənin Cəbrayıl rayonunda istehsal edəcəyi günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan “Azərenerji”yə həmin yerdə çatdırılmasını, Azərenerjinin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da öz növbəsində terminalın həmin bərpa olunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək.
Səhmdarlar sazişini SJSL adından bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, SJSL-də səhmdar şirkət kimi bp adından bp-nin günəş enerjisi və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Marivela Alvarez, SOCAR Green adından SOCAR-ın prezidenti Rövşən Nəcəf, və AIŞ adından AİŞ-in icraçı direktoru Ülvi Mansurov imzalayıblar.
İmzalanma tədbirində çıxış edən Kolin Allan deyib: “Biz SOCAR-ın və AİŞ-nin yeni tərəfdaşlarımız kimi belə mühüm potensial layihədə bizə qoşulmasından çox məmnunuq. Birgə işimiz layihənin icrasını sürətləndirəcək və SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlığımızın yeni bir sahəyə keçməsinin əsasını qoyacaq. İndi biz Səngəçal terminalının karbonsuzlaşdırılması və Xəzər regionunda əməliyyat emissiyalarının azaldılması üçün çalışdığımız bir vaxtda əsl innovativ bir yanaşmanı dəstəkləmək üçün hər bir tərəfdaşın dərin təcrübəsini bir araya gətirə bilərik.”
SOCAR -ın prezidenti Rövşən Nəcəf deyib: “SOCAR ilə bp arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni səhifə açılır. Böyük məmnunluqla qeyd etmək istərdim ki, otuz il öncə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan bu əməkdaşlıq bu gün də uğurla davam etdirilir və genişlənir. Əminəm ki, birgə fəaliyyət nəticəsində Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin uğurlu icrası Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcək.”
AİŞ-in icraçı direktoru Ülvi Mansurov deyib: "Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Azərbaycan İnvestisiya Şirkətinin əsas investisiya layihəsi olduğundan bizim üçün böyük strateji əhəmiyyət kəsb edir. Biz ölkənin 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının 30%-dək artırılması məqsədini dəstəkləməklə yanaşı, habelə Cəbrayıl regionunun iqtisadi inkişafına töhfə verən müəssisənin bir hissəsi olmaqdan qürur duyuruq. Tərəfdaşlarımızla birlikdə hökumətimizin işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi baxışına uyğun olan bu əhəmiyyətli layihənin həyata keçirilməsini səbirsizliklə gözləyirik.”
Səhmdarlar sazişi müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Saziş qüvvəyə mindikdən sonra SJSL səhmdarlarının iştirak payları belə olacaq: bp - 50,01%, SOCAR - 39,99% və AİŞ - 10%.
Qeyd edək ki, “Şəfəq” layihəsi Azərbaycan Respublikasının Cəbrayıl rayonunda 240 MVt gücündə dəyişən cərəyanlı günəş elektrik stansiyasının tikilməsini nəzərdə tutur.
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp arasında 2021-2022-ci illərdə “Şəfəq” layihəsinin həyata keçirilməsinə dair İcra Sazişi və ona bir sıra əlavələr imzalanmışdır.
Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədi 2024-cü ildə ictimaiyyətə açıqlanmış, müzakirə edilmiş və Azərbaycan hökuməti tərəfindən təsdiq edilmişdir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 14 saat sonra
-
8 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 8 d. əvvəl
-
40 d. əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 3 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
6 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ən çox oxunanlar
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















