Google-un ABŞ-da bölünməsi nəzərdən keçirilir
Google-un onlayn axtarış bazarında inhisarçılığının vurduğu zərəri azaltmaq üçün, şirkət, bəzi əməliyyatlarını satmağa məcbur edilə bilər. Marja.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi belə bir tövsiyə ilə çıxış etməyi nəzərdən keçirir.
ABŞ-da internet axtarışlarının 90 faizini əhatə edən Google-un qeyri-qanuni monopoliya yaratdığı müəyyən edilib. Ədliyyə Nazirliyinin təklif etdiyi həllər Google-un gəlirlərini azaltmaq və rəqiblərinə böyümək üçün daha çox yer açılmasını nəzərdə tutur.
Həmçinin Ədliyyə Nazirliyi Google-dan axtarış və süni intellektlə işləyən axtarış funksiyaları üçün istifadə etdiyi indeksləri, məlumatları və modelləri rəqiblərinə təqdim etməsini tələb edən sorğunu nəzərdən keçirir.
Bunlardan başaqa, Ədliyyə Nazirliyi, axtarış sistemini əvvəlcədən və ya yeni cihazlarda "defolt" kimi quraşdırılmasına Google-un son qoymasını tələb edə bilər.
Google-un bölünməsi ilə bağlı xəbərlər bazarlara aşağı yönlü təsir göstərib. Çərşənbə axşamı günü S&P 500 təxminən 1 faiz, Nasdaq 100 indeksi isə 1,6 faiz artımla bağlansa da, ABŞ Ədliyyə Nazirliyinin Google-un bölünməsini nəzərdən keçirdiyi barədə xəbərdən sonra ABŞ fond fyuçersləri ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
22 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
51 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
59 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir















.jpg)









