AQTA “İstisu” insan orqanizmində bəzi problemlər yarada bilər" iddialarına reaksiya verdi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən müxtəlif adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilir. Sınaq nəticələri uyğun olan, qida sahəsində normativ sənədlərin tələblərinə cavab verən suların dövriyyəsinə icazə verilir:
"Təəssüflə qeyd etmək lazımdır ki, bəzi özünü qida mütəxəssisi və ya qida mühəndisi adlandıran “ekspertlər” əhali arasında çaşqınlıq yaradaraq içməli suların tərkibi ilə bağlı heç bir elmə əsaslanmayan reallıqdan uzaq məlumatlar yayırlar. Həmçinin bəzi suların əsasən mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlar üçün zərərli, yaxud müalicəvi olması ilə bağlı yanlış məlumatlar verirlər. Bununla yanaşı, həmin “ekspertlər” 30 ildən sonra yenidən istehlakçılara təqdim edilən Kəlbəcər rayonunun “İstisu” mineral suyunun insan orqanizmində bəzi problemlər yarada biləcəyi və ya xəstəlik törətməsi ilə bağlı həqiqətdən uzaq məlumatlar tirajlamaqdan çəkinmirlər. Bu şəxslərin heç bir tibbi təhsili və qida sahəsində peşəkar fəaliyyəti olmadan adıçəkilən suyun bir sıra xəstəliklər yarada biləcəyinə, həmçinin bir çox xəstəliklərin müalicəsinə dair absurd fikirlər səsləndirirlər.
Qeyd edək ki, təbii mineral suların qeydiyyatı prosesi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Rrespublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün Agentlik tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır. Bildiririk ki, “İstisu” mineral su zavodunun AQTA-ya müraciəti əsasında Qanuna müvafiq olaraq, 2024-cü il 30 avqust tarixində “İstisu” təbii mineral qazlı su kimi qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeydiyyat proseduru zamanı “İstisu” əmtəə nişanlı məhsulun əldə olunduğu mənbədən götürülən su nümunələrinin laborator müayinə nəticələri məhsulun təhlükəsizlik (o cümlədən, mikrobioloji və toksikoloji göstəriciləri) və minimum keyfiyyət göstəricilərinin təbii mineral sular üçün qida təhlükəsizliyi sahəsi üzrə normativ sənədlərdə göstərilən normalara, insan istehlakına uyğun olduğu, insan həyat və sağlamlığı üçün zərərli olmadığı müəyyənləşdirilib və məhsul qeydiyyata alınaraq Reyestrə daxil edilib. Reyestr məlumatlarına əsasən, qablaşdırılmış təbii mineral su Kəlbəcər rayonu, "Aşağı İstisu" termalmineral su yatağından əldə olunur. Məhsulun etiketində təbii mineral suyun tərkibi barədə məlumatlar bəyan edilib. Saxlama şəraiti ilə bağlı qeyd edirik ki, bu sular birbaşa günəş şüalarından qorunan yerdə +5°C-dən +28°C-dək temperaturda, nisbi rütubətlilik 75%-dən çox olmamaq şərti ilə saxlanılmalıdır. Açılmış qablaşdırma 3 gündən artıq olmamaq şərti ilə 0°C-dən +6°C-dək temperaturda saxlanılmalıdır.
Eyni zamanda müvafiq Qanuna əsasən, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməlidir.
AQTA vətəndaşları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə çağırır", - məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 d. əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
5 d. əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
1 saat əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Metropoliteni: Zərərlər aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranır
-
1 saat əvvəl
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
-
2 saat əvvəl
Mənşə sertifikatları ilə bağlı müraciətlər qəbulu qaydası dəyişir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
Mənşə sertifikatları ilə bağlı müraciətlər qəbulu qaydası dəyişir

















.jpg)





.jpg)


