Boeing şirkəti işçilərinin 10 faizini ixtisar edəcək
ABŞ-ın qlobal aviasiya şirkəti “Boeing”in işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırdığı bildirilib.
Marja xəbər verir ki, Boeing-in baş icraçı direktoru (CEO) Kelli Ortberq işçilərə ünvanladığı məktubunda, şirkətin çətin vəziyyətdə olduğunu və uzunmüddətli perspektivdə rəqabətədavamlı qalmaq və müştərilərə xidmət göstərmək üçün struktur dəyişikliklərinə ehtiyac olduğunu qeyd edib.
777X proqramında yaşanan çətinliklər, uçuş testlərinin dayandırılması və davam edən tətil ilə əlaqədar olaraq gecikmələrin olacağını qeyd edən Ortberg, müştərilərə ilk təhvilin 2026-cı ildə gözlənildiyini bildirib.
İşçi qüvvəsi səviyyələrini prioritetlərə uyğun tənzimləmələri lazım olduğunu qeyd edən Ortberg, "Qarşıdakı aylarda ümumi işçi qüvvəmizin təxminən 10 faiz azaltmağı planlaşdırırıq. Bu ixtisar rəhbərləri, idarəçiləri və işçiləri əhatə edəcək", - deyib.
ABŞ mətbuatında çıxan xəbərlərdə 17 min Boeing işçisinin ixtisardan təsirlənəcəyi qeyd edilib.
Boeing, işçilərinin sentyabr ayında tətilə çıxmasından sonra xərcləri azaltmaq üçün işə qəbulun dondurulması və vacib olmayan xərclərin dayandırılması kimi tədbirlər görməyi planlaşdırdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
32 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
36 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 59 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)





.jpg)









