Neft maşınqayırması üzrə təkliflər hazırlanıb
Neft maşınqayırması sahəsində birgə istehsal sahələrinin yaradılması məqsədilə yerli sahibkarlar tərəfindən layihə təklifləri hazırlanıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan bildiriblər ki, müasir texnoloji proseslərin tətbiqi və əsas neft avadanlıqlarına "ANİ" monoqrammasının alınması yönümlü investisiya layihəsinin məqsədi respublikada maşınqayırma sənayesini inkişaf etdirmək, daxili və xarici bazarı yüksək keyfiyyətli neft maşınları ilə təmin etmək, ölkənin ixracat qabiliyyətini daha da artırmaq və sənayedə mühüm rol oynayan maşınqayırma sənayesini stimullaşdırmaqdır. Beş il müddətində həyata keçiriləcək layihənin dəyəri 12 milyon manatdır. Bu investisiya layihəsi B.Sərdarov adına maşınqayırma zavodunda istehsal sahələrinin təmiri, müasir avadanlıqların alınması və əsas məhsullara Amerika Neft İnstitutunun monoqrammasını almaqla istehsal olunan məhsulun keyfiyyətinin və zavodun rəqabətqabiliyyətinin artırılması məqsədini daşıyır.
Zirə qəsəbəsində neft-qaz avadanlıqları və dəniz təyinatlı iriqabaritli metalkonstruksiyaların istehsalı üçün zavodun tikintisi və istismara verilməsi layihəsinin məqsədi yeni istehsal sahəsinin yaradılmasıdır. "ADO-G İnşaat, Təchizat və Quraşdırma" MMC-nin rəhbərliyi bu investisiya layihəsi çərçivəsində mütərəqqi texnologiyaların tətbiqi ilə neft-qaz avadanlıqlarının və dəniz təyinatlı iriqabaritli metalkonstruksiyaların dünya standartlarına uyğun istehsalının qurulmasını, istehsal etdiyi əsas məhsullara Amerika Neft İnstitutunun monoqrammasının və premium boru yivlərinə VAM şirkətinin lisenziyasının alınmasını planlaşdırır. Təqdim olunan layihənin investiya dövrü araşdırmaların aparılması, tikinti təchizat, fəaliyyətin təşkili üçün zəruri olan bütün hazırlıq və sənədləşdirmə işlərinin aparılmasını nəzərdə tutur və 3 il ərzində tam başa çatması planlaşdırılır. Layihə çərçivəsində daxili yollar, platforma və binalar nəzərə alınmaqla, ümumi sahəsi 127 min 920 kvadratmetr olan zavodun tikilməsi və istismara verilməsi nəzərdə tutulur. On il müddətinə həyata keçiriləcək layihənin dəyəri 25 milyon 903 min 254,9 ABŞ dollarıdır.
Binəqədi qəsəbəsində maşınqayırma və dəzgahqayırma üzrə ixtisaslaşdırılan, yeni texnologiyaların tətbiqi ilə istehsal sahəsinin yaradılması və istismara verilməsi layihəsi qəsəbədə maşınqayırma və dəzgahqayırma sahəsində ixtisaslaşmış istehsal sahəsinin uzunmüddətli icarəyə götürülməsi, yeni müasir texnologiyaların tətbiqi ilə bütövlüklə rekonstruksiyası və istismara verilməsini nəzərdə tutur. B.Sərdarov adına maşınqayırma zavodunun rəhbərliyi bu investisiya layihəsi çərçivəsində zavodun sex və sahələrin təmirini, yeni avadanlıqların təchizini və istehsal etdiyi əsas məhsullara Amerika Neft İnstitutunun monoqrammasının alınmasını planlaşdırır. Şirkət zavodda beynəlxalq standartlara uyğun istehsalının qurulmasını, məhsul istehsalı, idarəetmə və keyfiyyətə nəzarət sisteminin tətbiqini planlaşdırır. Bu məqsədlə, beynəlxalq aləmdə tanınmış sertifikasiya sistemi əsasında müvafiq sertifikat və lisenziyaların alınması tədbirlərini həyata keçirəcək.
Layihənin birinci ili hazırlıq və investisiya qoyuluşu imkanlarının, layihənin həyat qabiliyyətliliyinin, ərazi seçimi, ərazinin alışı və sair sənədləşmə danışıqlarının dövrü olub tikinti üçün ərazinin hazırlanması prosesini də özündə cəmləşdirir. Layihənin 2-ci ildəki fəaliyyəti dövründə əlavə olaraq kredit vəsaitlərinin cəlb olunması təlabatı var. Belə ki, "ADO G" MMC istehsal sahəsinin əsas tikinti xərclərini öz vəsaitləri hesabına bu dövrdə etdiyindən, əlavə olaraq tələb olunan avadanlıq və qurğuların sifarişi, hazırlanması, təchizatı və montajı üçün sərbəst vəsaitlərin olmadığından kredit vəsaitlərinin cəlb olunmasını planlaşdırır.
Təchizatçılar ilə aparılan danışıqlar əsasında təchizat və quraşdırma işləri, ən azından 14 aylıq dövrü əhatə edəcək. Layihənin 3-cü ili istehsalın tam olaraq işə başlaması üçün bütün işlərin tamamlanması, sınaq təcrübə, təlimatlandırma, reklam və prezentasiya tədbirlərini əhatə edir. Layihə 10 il müddətinə həyata keçiriləcək.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
14 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 15 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















