"Çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi məqsədilə tədbirlər həyata keçirilir"
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi birgə məlumat yayıb.
Marja xəbər verir ki, birgə məlumatda deyilir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılı hava şəraiti 22 oktyabr 2024-cü il tarixində günün ikinci yarısından etibarən Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.
Sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 86 mm (aylıq normanın 306 %-i) təşkil edib. Yağan intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal ərazilərə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsini təmin edir.
Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb. Şəhərdəki körpü, tunel və keçidlərdəki su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Hazırda prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılır, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi və belə halların operativ şəkildə aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilir.
Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları yağış və kanalizasiya kollektorlarının təmizlənməsi, yığılan suların ərazilərdən çəkilməsi, yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində sistematik və operativ tədbirlər həyata keçirir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 36 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib



















.jpg)




