Naxçıvana dəmir yolu İran ərazisindən keçəcək - Ağbənd-Salam Məlik dəmir yolu çəkiləcək
Azərbaycan İranla Ağbənd-Salam-Məlik dəmir yolu xətti üzrə ən uyğun marşrut xəttini razılaşdırıb ADY sədri Rövşən Rüstəmov: "Azərbaycan Dəmir Yolları" QSC (ADY) İranlı həmkarları ilə Ağbənd-Salam-Məlik dəmir yolu xətti üzrə ən uyğun marşrut xəttini demək olar ki, razılaşdırıb. Hazırda İran tərəfi ilə körpülərin yerləri və dəmir yolu xəttinin keçəcəyi marşrutla bağlı son danışıqlar aparılır.Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq Horadiz-Ağbənd istiqamətinə doğru sürətlə dəmir yolu çəkilir:
“İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlik istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. İran tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki razılaşdırılıb, körpülərin yerləri və dəmir yol xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 36 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib























