Dongfeng Mage HEV və Mage EV modelləri Bakı Auto Mall-da təqdim olundu! - QİYMƏTLƏR
(®) Azərbaycanda bir ilk olan konseptual Bakı Auto Mall-da keçirilən möhtəşəm tədbirdə Dongfeng brendinin yeni modeli – Mage təqdim edilib.
Mage modeli hibrid və elektrik mühərrik ilə iki komlektasiyada təqdim olunur. Yüksək performansı və qabaqcıl texnologiyaları ilə Mage modeli, avtomobil həvəskarlarının diqqətini çəkərək tədbirin əsas diqqət mərkəzinə çevrilib.
Qeyd edək ki, DongFeng Mage modeli yaxın zamanda “Çinin Ürəyi” fəxri mükafatının ən yaxşı 10 mühərriki siyahısına düşmüşdür!
Təqdimat gecəsində bir çox tanınmış simalar olmaqla yanaşı, təqdimat gecəsində “Paster” ləqəbi ilə məhşurlaşan Azərbaycan repçisi Pərviz Quluzadəyə Dongfeng Mage hibrid modeli hədiyyə olunub.
DongFeng Mage modeli 292 at gücü və sadəcə 100 km/s - 6 saniyəyə sürətlənməsi ilə diqqət çəkir. 1.5 turbo mühərriki sayəsində həm şəhər daxilində, həm də uzun məsafələrdə bu model sizə mükəmməl performans təqdim edir. Hibrid avtomobilin 100 km - 5 lt yanacaq sərfiyyatı və Aİ-92 və daha yuxarı oktanlı yanacaqları dəstəkləməsi isə əsl büdcə dostu edir.
Dongfeng Mage HEV (HİBRİD) modelin qiyməti – 38 900 azn
Dongfeng Mage EV (Elektrik) modelin qiyməti – 35 900 azn təşkil edir.
Ayrıca olaraq qeyd edək ki, avtomobillərə 5 il və ya 150 000 km rəsmi servis zəmanəti verilir.
Əlavə olaraq, test-drive imkanından yararlanmaq və onun üstünlüklərini şəxsən təcrübə etmək üçün Nəcəfqulu Rəfiyev 29 küçəsində yerləşən satış mərkəzinə yaxınlaşa bilərsiniz. Məlumat üçün *8999 nömrəsi ilə əlaqə saxlamağınız kifayətdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
-
48 d. əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
-
53 d. əvvəl
Naxçıvanda TRIPP marşrutuna qoşulacaq dəmir yolları yenidən qurulur
-
1 saat əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
-
1 saat əvvəl
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
-
1 saat əvvəl
"Microsoft" süni intellekt üçün 50 milyard dollar sərmayə yatırmağı planlaşdırır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
















