Sabahın hava proqnozu açıqlandı
Oktyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16 ° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yükələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
7 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
7 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
-
7 saat əvvəl
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
12 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
Ən çox oxunanlar
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma
"Apple Maps"ə reklamlar gəlir
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir




















