Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı cüzi artıb
“İxrac icmalı”nın oktyabr sayı dərc olunub.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayını təqdim edib.
İcmala əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,3% artaraq 698,3 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 9 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3%, pambıq lifi 70,9%, bitki mənşəli yağlar və piylər 31,7%, kimya sənayesi məhsulları 20,9%, spirtli və spirtsiz içkilər 11,6%, emal edilən meyvə-tərəvəz məhsulları 14,6% artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar-sənaye məhsullarının ixracı 60% artaraq 233,4 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon ABŞ dolları təşkil edib.
Cari ilin ilk 9 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (150.7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (139,6 milyon ABŞ dolları) ikinci, qızıl (115.3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin yanvar-sentyabr aylarında Rusiya Federasiyasına 843.7 milyon ABŞ dolları, Türkiyəyə 435,1 milyon ABŞ dolları, Gürcüstana 195,1 milyon ABŞ dolları, , İsveçrəyə 119,6 milyon ABŞ dolları, ABŞ-a isə 113 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2024-cü ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (91,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (40.5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (37.4 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin sentyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (18,8 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (17 milyon ABŞ dolları) ikinci, meşə fındığı (13,3 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin sentyabr ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 22.5 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company” QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Tabaterra” QSC, "P-aqro" MMC, “My Vegetables” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib. 2024-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4.4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 736.6 min ABŞ dolları ilə BƏƏ, 493,9 min ABŞ dolları ilə Türkiyə, 488.1 min ABŞ dolları ilə Rusiya qərarlaşıb.
2024-cü ilin yanvar-sentyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2.1 milyard manat, yalnız sentyabr ayında isə 265.2 milyon manat dəyərində əməliyyat aparılıb.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 10 saat sonra
-
3 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 8 saat əvvəl
-
10 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















