"Dollar istiqrazlarımız böyük maraqla qarşılanıb"
Xəbər verdiyimiz kimi 30 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Kapital Bank ASC-nin buraxılış həcmi 20 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Bu istiqrazların abunə yazılışı üsulu ilə yerləşdirilməsi 31 oktyabr 2024-cü il tarixində uğurla yekunlaşıb.
Bankın yaydığı məlumatda bildirilri ki, yerləşdirmə olduqca böyük maraqla qarşılanıb.
Qeyd edilib ki. yerləşdirmədə 177 fiziki şəxs tərəfindən 13.1 milyon ABŞ dolları, 2 hüquqi şəxs tərəfindən 6.9 milyon ABŞ dolları həcmində sifariş verilib. Ümumilikdə 179 investor tərəfindən 193 sifariş yerləşdirilib.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
"Kapital Bank-ın istiqrazlarına olan bu maraq ölkəmizdə maliyyə bazarlarına olan etimadın göstəricisidir. Bank gələcəkdə də investorlara cəlbedici investisiya imkanları təqdim etməyə davam edəcək", -məlumatda bildirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)






