Naxçıvanın maliyyə naziri Londonda keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024”də iştirak edir
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov və Nazirliyin şöbə müdirləri Nurlan Hacıyev və Ağəli Novruzov Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammitində iştirak edir.
Tədbir Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı olan ICFM tərəfindən təşkil olunub və Avropa və MDB ölkələrinin beynəlxalq təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələri, mühasibat, vergi, audit, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən mütəxəssislər bir araya gəliblər.
Bu zirvə toplantısı 2024-2025-ci illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında tətbiq olunan dəyişikliklərin müzakirəsinə, maliyyə və mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsinə həsr olunub. Tədbirdə canlı panel çıxışları, sosial toplantılar, müzakirələr, yarışlar və texnologiya sərgiləri təşkil olunur.
Görüşlər zamanı Nazir Həsən İsmayılov hazırda ölkəmizin ev sahibliyi etdiyi COP-29 iqlim dəyişikliyi konfransından danışarkən bu konfransın Azərbaycan və Naxçıvan Muxtar Respublikası üçün maliyyə sektorunda yeni imkanlar yaratmağa zəmin hazırlayacağını qeyd edib.
Həmçinin Nazir vurğulayıb ki, maliyyə sektorunun dayanıqlı, şəffaf və müasir standartlara uyğun şəkildə qurulması məqsədilə ölkə rəhbərliyi tərəfindən ardıcıl dəstək göstərilir. Nazir qeyd edib ki, bu dəstək sayəsində Naxçıvanda maliyyə sektorunun transformasiyası üçün möhkəm bir təməl yaradılıb və maliyyə sektorunun inkişafı üçün rəqəmsal transformasiya və şəffaflıq prioritet hədəflər sırasındadır. Bu istiqamətdə atılan addımlar, ölkənin iqtisadi inkişafını dəstəkləməklə yanaşı, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı da gücləndirməkdədir.
Qeyd edək ki, “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammiti həftəsonuna qədər davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)






.jpg)

