AMD də işçi ixtisarı "burulğanına" düşdü
AMD şirkəti (Advanced Micro Devices), Nvidia-nın hakim olduğu süni intellekt çip sahəsində daha güclü mövqe qazanmağı hədəfləyərkən, işçi qüvvəsini 4 faiz azaldacağını açıqlayıb.
Marja.az xəbər verir ki, bu barədə Şirkətin yaydığı məlumatda bildirilir.
"Resurslarımızı inkişaf imkanlarımıza daha yaxşı yönəltmək üçün, təəssüf ki, qlobal işçi qüvvəmizin 4 faiz azaldılmasını əhatə edən bəzi məqsədyönlü addımlar atırıq. Biz təsirə məruz qalan işçilərə hörmətlə yanaşmağı və bu keçid zamanı onlara dəstək olmağı planlaşdırırıq", - Şirkətin məlumatında deyilir.
2023-cü ilin sonuna qədər 26 000 işçisi olan AMD, qrafik prosessor (GPU) istehsalında Nvidia-dan sonra uzun müddətdir ki, ikinci yerdədir. Süni intellekt çiplərinin ən böyük inkişaf sahələrindən biri olduğu üçün, Şirkət bu sahədə mövcudluğunu artırmağı hədəfləyir. Bununla belə, Nvidia bazarda 80 faizdən çox paya malikdir və OpenAI-nin ChatGPT kimi süni intellekt proqramlarını inkişaf etdirmək üçün istifadə edilən əsas proqram təminatı sayəsində liderliyini qoruyub saxlayır.
2024-cü ildə AMD-nin səhmləri 5 faiz ucuzlaşdığı azaldığı halda, Nvidia səhmləri 200 faiz bahalaşaraq, ən dəyərli şirkət olub.
AMD-nin MI300X kimi güclü süni intellekt sürətləndiriciləri məlumat mərkəzləri üçün nəzərdə tutulub və bu sistemlərə Meta və Microsoft kimi şirkətlər tərəfindən üstünlük verilir. Şirkət 2024-cü il üçün süni intellekt çiplərindən 5 milyard dollar gəlir gözlədiyini açıqlasa da, bu rəqəmin AMD-nin ümumi illik gəlirinin 20 faizinə bərabər gəldiyi qeyd edilir. FactSet-ə görə, süni intellekt çip bazarının 2028-ci ildə cəmi 500 milyard dollara çatacağı gözlənilsə də, AMD-nin ümumi satışları Nvidia-nın 2024-cü il üçün proqnozlaşdırılan 125,9 milyard dollar gəlirindən xeyli geri qalır.
Oyun seqmentində yavaş-yavaş irəliləyən AMD-nin bu sahədəki gəlirlərinin 2024-cü ildə 59 faiz azalaraq 2,57 milyard dollara düşəcəyi gözlənilir. Həmçinin Şirkət Intel ilə rəqabət apardığı noutbuk, masaüstü kompüter və server prosessorlarının istehsalında bazar payını genişləndirməyə çalışır. Mercury Research-in məlumatlarına görə, AMD-nin server prosessorlarının satışındakı bazar payı 2023-cü ilin üçüncü rübündə illik 3 faiz artımla 34 faizə çatıb.
AMD-nin işçi qüvvəsini azaltmaq barədə qərarı xüsusilə süni intellekt çip bazarında mövqeyini gücləndirmək məqsədinə doğru strateji addım hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
9 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)













.jpg)

