"Azerbaijan Green Energy Company" bərpa olunan enerjiyə yatırımlar mövzusunda panel müzakirəsi təşkil edib
"Azerbaijan Green Energy Company" (AGEC) MMC 15 noyabr 2024-cü il tarixində COP29-da bərpa olunan enerjiyə yatırımlar mövzusunda panel müzakirələri təşkil edib.
Müzakirələrdə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin sədr müavini Rəna Hümbətova, "Masdar" şirkətinin Azərbaycan ofisinin ölkə üzrə rəhbəri Murad Sadıxov, "Baltech" şirkətinin Enerji üzrə rəhbəri Volkan Gerdan və ABŞ angel investoru Laszlo Horvath iştirak ediblər.
Sessiya zamanı panel üzvləri həm yerli, həm də regionda maliyyə bazarında bərpa olunan enerjiyə yatırım imkanlarını müzakirə edib, iqlim maliyyələşdirilməsi mövzusuna toxunublar. Panel müzakirəsi AGEC şirkətinin baş maliyyə inzibatçısı Xəyalə Nağıyevanın moderatorluğu ilə baş tutub.
Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Agentliyinin sədr müavini Rəna Hümbətova öz çıxışında Azərbaycanın bərpaolunan enerji ixracı istiqamətində və həmçinin daxili infrastruktur layihələri barədə COP29 ərəfəsində aparılan işlər barədə geniş məlumat verib.
Xəyalə Nağıyeva bildirib ki, AGEC günəş və küləkenerjisi layihələrinə sərmayə qoyaraq bərpa olunan enerji sektorunun inkişafını və dayanıqlı investisiyanın təşviqini hədəfləyir. O, vurğulayıb ki, şirkətin uzunmüddətli biznes modeli, ölkənin bərpaolunan enerji potensialını üzə çıxarmaqla yanaşı, enerji ekosistemində səmərəliliyin artırılması və enerji sahəsinə investisiyanın diversifikasiyasına əsaslanır.
Qeyd edək ki, AGEC bir neçə il davam edən müzakirələrin nəticəsi olaraq 2023-cü ildə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


