Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi bu məbləğdə götürüləcək
Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.
Bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 15 manat artırılaraq 270 manatdan 285 manata yüksəldiləcək. Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.
Nəzərə çatdırılıb ki, dövlət büdcəsində xərclərin funksional təsnifatı üzrə növbəti ildə digər böyük artımın proqnozlaşdırıldığı bölmə "Sosial müdafiə və sosial təminat" bölməsidir. Bu bölmə üzrə xərclər cari illə müqayisədə 420,3 milyon manat və yaxud 9,6% çox nəzərdə tutulub. 2025-ci ildə "Sosial müdafiə və sosial təminat" bölməsi üzrə 4 milyard 811,8 milyon manat vəsait proqnozlaşdırılıb. Bu bölmə üzrə artım əsasən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın layihələrinin maliyyələşdirilməsi ilə əlaqədardır. Bununla yanaşı, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddinin 270 manatdan 285 manata yüksəldilməsi müvafiq bölmə üzrə xərclərin artımına az da olsa təkan verən amillərdən (6,9 milyon manat artım) olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















