Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Gələn ilin mart ayında Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, Özbəkistanda keçirilən “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunan “Daşkənd Beynəlxalq Turizm Sərgisi” çərçivəsində Avrasiya Dağ Kurortları Alyansı nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Alyansın fəaliyyəti dövründə üzv dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən işlər və yeniliklər müzakirə olunub.
Tədbir çərçivəsində Alyans üzvlərinə və tədbir iştirakçılarına Agentliyə məxsus “Şahdağ Turizm Mərkəzi" QSC-nin kommersiya direktoru İqor Şaulov kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat təqdim edib. Tədbir zamanı növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkil edilməsi “Şahdağ Turizm Mərkəzi"nə ötürülüb və tədbirin 2025-ci ilin martında keçirilməsi qərara alınıb.
Bundan öncəki Avrasiya Dağ Kurortları Festivalı Rusiyanın Soçi şəhərində baş tutub. Tədbirdə 9 ölkənin kurort sənayesinin və tərəfdaş şirkətlərin 150 nümayəndəsi iştirak edib.
"Şahdağ Turizm Mərkəzi"nin də üzv olduğu Avrasiya Dağ Kurortları Alyansı hazırda Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza Xutor və Cənubi Koreyanın Mono Yong Pyon dağ kurortlarını özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)




.jpg)



