Nazir ünvanlı sosial yardımın verilməsi proseduruna aydınlıq gətirib
"Yaşamadığı evləri yaşadığı ünvan kimi göstərənlər, yüksəkgəlirli ailə üzvünü göstərməyənlər olur"Ünvanlı sosial yardım yoxlamaları 2 mərhələdən ibarətdir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, birincisi, elektron sistemdir, 27 qurumdan alınan məlumatlarla vətəndaşın aldığı gəlirlər yoxlanılır:
“İkinci mərhələ isə əyanidir. Bu da saxtakarlıq hallarının, başqasının adına sosial yardım alma hallarının qarşısını almaq üçündür. Burada məqsəd ailənin həmin ünvanda yaşamasının yoxlanmasıdır, daha qazan, soyuducu yoxlanmasından söhbət gedə bilməz. Bütün müayinələr də videoçəkiliş həyata keçirilir. Bir çox hallarda bu mexanizmdən sui-istifadə halları olur. Yaşamadığı evləri yaşadığı ünvan kimi göstərənlər olur. Yüksəkgəlirli ailə üzvünü göstərməyənlər olur. Bu gün ünvanlı sosial yardım 77 min ailəni, 350 min insanı əhatə edir. Ötən illə müqayisədə burada artım var. Əgər vermək istəməsək, bu artım da olmazdı. Haqqı çatan hamı ünvanlı sosial yardım ala bilir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)




.jpg)
