“TIME” jurnalında “Azerconnect Group”un fəaliyyətindən bəhs edilib
Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “TIME” jurnalı Azərbaycan haqqında hazırladığı məqalədə “Azerconnect Group”un fəaliyyətindən bəhs edib.
“Azerconnect Group – Azərbaycanı dünyaya bağlayır” adlı məqalədə “Azerconnect Group”un ölkənin aparıcı İKT şirkəti olması, həmçinin bu il dünyanın telekommunikasiya nəhəngi “Vodafone”la strateji tərəfdaşlığa başlaması qeyd olunub.
Bildirilib ki, bu tərəfdaşlıq şirkətə rəqəmsallaşma, təhlükəsizlik əməliyyatları mərkəzləri, şəbəkə texnologiyaları və kommersiya xidmətləri kimi mühüm sahələrdə inkişafı daha da sürətləndirməyə imkan verəcək.
“Azerconnect Group”un baş direktoru Emil Məsimov nəşrə müsahibəsində şirkətin ölkədə qabaqcıl texnologiyaların tətbiqi üçün kifayət qədər resursu və güclü infrastrukturu olduğunu qeyd edib: “Telekommunikasiya və İKT sahəsində sürətlə baş verən yeniliklər uzunmüddətli planlama baxımından əsl çağırışdır. Bu çağırışların öhdəsindən gəlmək üçün bazardakı dəyişikliklərə çevik reaksiya olduqca önəmlidir”.
Məqalədə, həmçinin bildirilib ki, “Azerconnect Group” “Deloitte” şirkəti tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi seçilib, həyata keçirilən innovativ təşəbbüslərə görə “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) və digər beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb.
Eyni zamanda, materialda şirkətin dayanıqlılıq sahəsində icra etdiyi layihələr barədə məlumat da yer alıb. Vurğulanıb ki, qabaqcıl biznes modellərinin tətbiqi nəticəsində şirkət enerji səmərəliyini əhəmiyyətli dərəcədə artıraraq, enerji istehlakını 60%-ə qədər azaldıb.
“TIME” jurnalında dərc olunan məqalə ilə bu linkə keçid etməklə tanış olmaq olar.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.
“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)
