Qəhvə qiymətlərində rekord: 47 ilin ən yüksək səviyyəsinə çatdı
Arabica-nın qiymətləri 2024-cü ildə 70 faiz artıb, Robusta-nın qiymətləri əlverişsiz hava şəraiti və aşağı istehsalla dəstəklənir. Braziliyadakı quraqlıq və Vyetnamda həddindən artıq yağışlar qlobal qəhvə tədarükünü ciddi şəkildə pisləşdirib. Qəhvə istehsalının azalması xərcləri artırıb, Nestle kimi böyük şirkətlər qiymətləri artırmaq üçün tədbirlər görür.Qlobal tədarük ilə bağlı narahatlıqlar səbəbindən qəhvə qiymətləri artmaqda davam edir.
Marja.az xəbər verir ki, Mart ayında çatdırılma üçün (fyuçers) Arabica qəhvəsi çərşənbə günü 3,9% də bahalaşaraq 1977-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Təkcə 2024-cü ildə 70 faiz bahalaşan Arabica qəhvəsi, bazarlarda ən diqqətçəkən artımlardan birini qeyd edib.
Arabica-nın qiyməti bir funt üçün 3,29 dollara (kiloqramı 7,25 dollar) qalxıb. Robusta qəhvəsinin qiyməti isə yanvar fyuçers əməliyyatlarında 6,38% artaraq kiloqramı 5,55 dollara çataraq 2 ayın ən yüksək səviyyəsinə çatıb.
Braziliya və Vyetnamdan təchizat problemləri
Qiymət artımının əsasını qəhvə istehsalının liderləri olan Braziliya və Vyetnamda yaşanan ciddi hava problemləri təşkil edir. Braziliyada ilin əvvəlində baş verən şiddətli quraqlıq qəhvə məhsuluna mənfi təsir göstərib və 2025/26-cı illər üçün istehsal gözləntilərini azaldıb. Ölkənin əsas qəhvə istehsal edən bölgəsi olan Minas Geraisdə yağıntıların miqdarı tarixi orta göstəricinin cəmi 10 faizini təşkil edib. Təbii fəlakətlərin monitorinqi mərkəzi "Cemaden" bu vəziyyəti 1981-ci ildən bəri ən quraq dövr kimi xarakterizə edir.
Vyetnamda bitkinin inkişaf dövründəki quraqlıq və məhsulun başlanğıcında həddindən artıq yağıntılar məhsuldarlığı azaldıb. 2023/24 məhsul ilində Vyetnamın qəhvə istehsalı 20 faiz azalaraq 1,472 milyon tona düşüb ki, bu da son dörd ilin ən aşağı səviyyəsidir. Vyetnam qlobal Robusta istehsalında liderdir və bu azalma birbaşa Robusta qiymətlərində əks olunub.
İstehlakçılara təsir: Artan xərclər
Qiymət artımı öz təsirini təkcə istehsalçılara deyil, istehlakçılara da hiss etdirməyə başlayıb. Bloomberg-ə görə, tədarük zəncirindəki satıcılar mənfəət marjasını qorumaq üçün qiymətləri artırarkən, endirimləri ləğv edirlər. Noyabr ayında Nestlé daha kiçik paketlər və daha yüksək qiymətlər üçün planlarını açıqlayıb. Bu addım qəhvə dənələrinin bahalaşmasının istehlakçılara əks olunmasının göstəricisi kimi qiymətləndirilir.
Qlobal bazar dinamikası
Braziliyada qəhvə istehsalının azalması qlobal qəhvə bazarını təzyiq altında qoyur. "Conab", Braziliyanın 2024-cü il üçün istehsal proqnozunu azaldıb. Eyni şəkildə, USDA hesabatına görə, Braziliyanın 2024/25 istehsal gözləntisi 66,4 milyon tona düzəliş edilib. Bu azalmalar bazarlarda qıtlığı dərinləşdirir.
Gələcək gözləntilər
Qəhvə ehtiyatlarının azalması da qiymətləri dəstəkləyən amildir. ICE tərəfindən monitorinq edilən Arabica ehtiyatları son 24 ilin ən aşağı səviyyəsinə düşüb. Robusta ehtiyatları son aylarda azalaraq bazara təzyiqini artırdıb.
Kolumbiya, Kosta Rika və Honduras kimi digər istehsalçı ölkələrdə hava şəraiti ilə bağlı problemlər qlobal qəhvə tədarükünü təhdid etməkdə davam edir. Spekulyatorların qiymət artımına təsiri bazarda volatilliyin artmasına səbəb olur.
Qarşıdakı dövrdə qəhvə qiymətlərinin yüksək qalacağı gözlənilir. Yalnız istehsal və tədarük problemlərinin həlli bazarlarda tarazlığın təmin edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
























