ABB-nin səhmləri bahalaşacaqmı və ya “İnvestorlar fürsət əldə etmək istəyirlər”?
ABB səhmlərinin ikinci əl bazarındakı ilk qaynar həftədən sonra bazarda bir qədər durğunluq var. Bu vəziyyət nədən qaynaqlanır? Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov VIII Beynəlxalq Bankçılıq Forumunda bu barədə suallara, həmçinin ABB səhmlərinin bahalaşması və ya ucuzlaşması ilə bağlı fərqli proqnozlara da münasibət bildirib.
Abbas İbrahimov qeyd edib ki, səhmlərin təkrar bazarında qısa müddətdə 5 mindən çox əqd olub, əqdləşmələr müxtəlif investorlar arasında aparılıb.
Azərbaycanda ilk kütləvi səhm buraxılışı – başqa sözlə, xalq İPO-su kimi tarixə düşən ABB səhmlərinin emissiyası 33 min yeni investorun Banka cəlb edilməsi ilə nəticələnib.
“2025-ci ilin ilk yarımilində bu ilin nəticələri üzrə dividend qərarımızı elan edəcəyik. Cari il üzrə nəticələrimiz ötən illər səhmdarlarımıza ödədiyimiz dividend gəlirliliyi qədər ödənişə imkan verir. Yekun qərarı, ilin maliyyə nəticələrinə kənar audit şirkətinin rəyindən sonra Bankın rəhbərliyinin təklifi ilə Səhmdarların Ümumi Yığıncağı verəcək” – Abbas İbrahimov bildirib.
Səhmlərin qiymətinə gəlincə, İdarə Heyətinin sədri qeyd edib ki, səhmlərin birjada alqı-satqısı əməliyyatları davam edir. Hələ indiyədək bazarda bu qədər həcm qeydə alınmamışdı.
“İlk günlərdə daha yüksək aktivlik onunla bağlı idi ki, bir çoxları səhmlərin alqı-satqısı üçün təkrar bazar imkanının açılmasını gözləyirdilər. Hazırda ABB mobile tətbiqi, eləcə də ABB İnvest və digər investisiya şirkətləri vasitəsilə səhmlərimizi alıb-satmaq mümkündür. Tezliklə təkrar bazar imkanları digər bankların və investisiya şirkətlərinin mobil tətbiqlərində də mümkün olacaq. Bu zaman bazara daha çox investor daxil olacaq və səhm ticarətində aktivlik daha da artacaq”.
Qeyd edək ki, ABB səhmlərinin ikinci əl bazarında ilk günlərdə aktivliyin yüksək olması ilə bir səhmin qiymətinin 31 qəpiyə yüksəlməsi qeydə alındı. Sonralar isə bəzi əqdlərin hətta hər səhm üzrə 26 qəpikdən bağlanması halları baş verdi. Bakı Fond Birjasının məlumatlarına əsasən, son birja əməliyyatlarında bir səhmin qiyməti 27 qəpiyə olub. Amma səhmlərin bahalaşacağı ilə bağlı proqnozlar da hələ gündəmdədir. İnvestorlar arasında buna inananlar çoxdur.
Abbas İbrahimov bildirib: “Bir çox investorlar səhm investisiyasına dividend gəliri əldə etmək imkanı kimi baxırlar. Proqnozumuz odur ki, gələn ilin ilk aylarında, dividend ödənişindən öncəki aylarda aktivlik və səhm qiymətlərində yüksəlmə olacaq. Ötən il hər səhmdarımız, nominal qiymətlə hesablasaq, bir səhmə, yəni 27 qəpiklik investisiyaya 4 qəpik dividend qazanmışdı. Əgər investorların gözləntiləri bu şəkildə olarsa, bu, o deməkdir ki, dividend ödənişinə daha yaxın aylarda investisiya edənlər qısa müddətdə dividend gəliri əldə edərək öz gəlirlərini yüksəldə bilərlər. Təbii, gözləniləndir ki, dividend ödənişinə daha yaxın aylarda səhm qiymətləri daha yüksək olacaq.
Hazırda yenidən səhm emissiya edilməsi gündəmdə deyil. Bununla bağlı yeni qərar olarsa, bu qərar növbəti il Səhmdarlarımızın Ümumi Yığıncağında veriləcək. Hazırda ABB səhmlərini əldə etmək istəyənlər üçün yalnız təkrar bazar mövcuddur”.
Xaricilər ABB səhmi alıblarmı?
ABB səhmlərinə xarici investorların marağının olub-olmamasına gəlincə, bu, çox məhdud sayda olub. Daha çox Azərbaycanda yaşayıb-işləyən bir neçə əcnəbi vətəndaş ABB səhmləri alıb. Abbas İbrahimov bildirib ki, kütləvi səhm buraxılışının əsas məqsədi də daha çox sayda yerli investorun İPO-nun imkanlarından yararlanmasına şərait yaratmaq olub.
Dövlət bankının özəlləşdirilməsi planı gündəlikdən çıxıbmı?
Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılmasından sonra özəlləşdirilməsi ilə bağlı müəyyən planlar olmuş, bu, ölkə rəhbərliyinin müvafiq fərmanında da öz əksini tapmışdı. Məsələ hazırda da gündəlikdədirmi?
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, “ABB-nin tam özəlləşdirilməsi hazırda gündəmdə deyil. Kütləvi səhm emissiyasının başlanması və emissiyanın nəticələri ilə bağlı media üçün brifinqlərimizdə də elan etdiyimiz kimi, məqsəd daha çox vətəndaşımızın, kiçik investorun ABB-də pay sahibi olması idi. Cari ilin sentyabr ayında bu prosesin uğurla bitdiyini və Bankımıza yeni 33 min kiçik investorun cəlb olunduğunu elan etdik”.
ABB nizamnamə kapitalını artıracaq
Dekabrın 13-də ABB-nin Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. Gündəlikdəki əsas məsələlərdən biri səhm buraxılışı nəticəsində cəlb olunmuş əlavə investisiyanın kapitala əlavə edilməsi və nizamnamə kapitalının artırılmasıdır. “Belə bir dəyişiklik nəticəsində ABB-nin nizamnamə kapitalının strukturunda özəl investorların payı 7,8%-ə yüksələcək. Səhmlərin 92,2%-i isə yenə dövlət mülkiyyətində qalacaq” – Abbas İbrahimov qeyd edib.
© ENA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
9 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
9 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
10 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!





















