Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovuna qadağanı 2025-ci ilə qədər uzadıb
Xəzəryanı ölkələr - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanı 2025-ci ilə qədər uzadıb.
"İnterfaks" xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın Həştərxanda keçirilən 8-ci sessiyasının yekununa əsasən məlumat verib.
"Tərəflər nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın 2025-ci ilə qədər uzadılması və gələn il üçün kürü və nərə balıqlarının ixracına kvotanın müəyyən edilməməsi barədə razılığa gəliblər. 2025-ci ildə nərə balıqlarının ovlanması əvvəlki kimi yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma üçün həyata keçirilə bilər", - məlumatda qeyd olunub.
Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi həmçinin bildirib ki, 2023-cü ildə Rusiya müəssisələri Xəzər dənizinə 34,5 milyon ədəd, Qazaxıstan müəssisələri 1,9 milyon ədəd, Azərbaycan müəssisələri isə 618,7 min ədəd ədəd nərə körpəsi buraxıb.
Xəzər dənizi hövzəsində nərə balıqlarının ovlanması üzrə ən yüksək göstəricilər XX əsrin əvvəllərində - 39,4 min ton və 1970-ci illərin sonlarında 27,4 min ton olub. 1991-ci ildən başlayaraq nərə balıqlarının sayında kəskin azalma qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















