“Metropark”da yeni “McDonald’s” restoranı açıldı - FOTO
Azərbaycanda “McDonald’s” restoranlarının sayı 30-a çatıb.30 dekabr 2024-cü il tarixində “McDonald’s” Azərbaycan daha bir yeniliyə imza ataraq “Metropark” ticarət və əyləncə mərkəzində yeni restoranını açdı.
Restoran Təbriz küçəsi 106a ünvanında yerləşir.
Bu əlamətdar hadisə ölkədə “McDonald’s” restoranlarının sayının 30-a çatması ilə mühüm bir mərhələni ifadə edir.
Restoranın özünəməxsusluğu ondadır ki, fudkort zonasına yerləşməsinə baxmayaraq, burada xüsusi lobbi və oturma zonası mövcuddur. Yaxın həftələrdə qonaqların istifadəsinə veriləcək bu zona restoranı ziyarət edənlər üçün daha rahat bir mühit yaradacaq.
Ray dizaynında müasir üslubda hazırlanmış bu məkan qonaqlara həm estetik görünüş, həm də rahatlıq bəxş edir.
Yeni restoranın açılması ilə ölkədə təxminən 60 yeni iş yeri yaradılıb. “McDonald’s” Azərbaycan hər yeni restoranı ilə ölkə sakinlərinə məşğulluq və peşəkar inkişaf üçün yeni imkanlar təqdim edir və iş yerlərinin artmasına töhfə verir.
Dünyanın ilk qlobal brendlərindən biri kimi Azərbaycana investisiya yatıran “McDonald’s” artıq 25 ildir ki, qeyri-neft sektorunun inkişafına dəstək verir və yerli istehsalın genişlənməsinə töhfə göstərir. Xüsusilə, “McDonald’s” Azərbaycanın müxtəlif iqtisadi sahələrdən olan 100-dən çox yerli podratçı ilə dayanıqlı əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bu sahələrə təchizat və logistika, insan resursları, informasiya texnologiyaları, marketinq və digər xidmətlər daxildir.
“McDonald’s” Azərbaycan inkişafını fəal şəkildə davam etdirir və qonaqlara yüksək keyfiyyət və xidmət standartlarına uyğun, müasir və rahat şərait təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 37 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir


















.jpg)




