“SİMA İmza” daha 3 platformaya inteqrasiya edildi
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş çevrəsi genişlənməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “E-Legal”, “Profmart” və “Qarabug” platformaları olub.
Fiziki və korporativ hüquqi xidmətlər göstərən “E-Legal” şirkəti SİMA rəqəmsal imza ilə müştərilərin platformada onlayn imzalama xidmətini rəqəmsallaşdırıb. İstifadəçilər platformada müxtəlif növ hüquqi xidmətləri “SİMA İmza” ilə əldə edə bilərlər.
“Profmart” platformasında isə fiziki şəxslər və korporativ xidmət göstərmək istəyən hüquqi şəxslərin öz aralarında müqavilələrin onlayn imzalanmasını “SİMA İmza” ilə həyata keçirməsi mümkündür. Xidmətlərin sırasına vergi və mühasibat uçotu, maliyyə, hüquq, mediasiya, İT və digər xidmətlər daxildir.
“Qarabug” platformasında isə kibertəhlükəsizlik sahəsində monitorinqlər və tədqiqatlar aparan sahə adamları platformaya giriş üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Platformadan etik hakerlər və qurumların istifadəsi mümkündür.
Qeyd edək ki, SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 17 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb































