"Lay's" üçün "ölüm riski" xəbərdarlığı: Məhsullar geri çağırılır
"Lay's" kartof çipsləri ən yüksək risk səviyyəsi olan "Dərəcə 1"ə qaldırılıb, yəni bu çipsləri istehlak etmək həyati təhlükə yaradan reaksiyalara səbəb ola bilər.Qida dünyasının ən məşhur məhsullarından biri olan "Lay's" kartof çipsləri ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən ciddi geri çağırma prosesinə daxil edilib. Marja.az xəbər verir ki, buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin olmasıdır. FDA bu vəziyyəti ən yüksək risk səviyyəsi olan I dərəcə kateqoriyasına qaldırıb. Bu o deməkdir ki, bu məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
"Lay's" markasının şirkəti "Frito-Lay", Oreqon və Vaşinqton ştatlarında satışa təqdim edilmiş 6 mindən çox paketdə süd komponentlərinin aşkar edildiyini açıqlayıb. Bu səhv süd allergiyası olan insanlar üçün ciddi sağlamlıq riskləri yaradır.
FDA 27 yanvar 2025-ci il tarixində geri çağırmanı 1-ci dərəcəyə qaldırıb. Bu qərar təkcə xəbərdarlıq deyil, həm də qida təhlükəsizliyinin nə qədər vacib olduğuna dair xatırlatmadır.
Bu səhv - məhsulların yanlış etiketlənməsi və ya nəzərdə tutulmayan maddələr ilə çirklənməsi nəticəsində baş verə bilər.
Riskli məhsullar haqqında məlumat paylaşılıb
Rəsmilər istehlakçıları son istifadə tarixi 11 fevral 2025-ci il, istehsal kodu “6462307xx” və ya “6463307xx” olan məhsulları istehlak etməməyə və ən yaxın satış nöqtəsinə qaytarmağa çağırıb.
Qida təhlükəsizliyi mövzusunda həssas olan rəsmilər, riskli məhsulların bazardan tamamilə çıxarılması üçün prosesin sürətlə davam etdiyini bildirib.
"Frito-Lay"dən açıqlama
Lays-in ana şirkəti "Frito-Lay", geri çağırılan məhsulla bağlı indiyədək heç bir allergik reaksiya şikayəti almadıqlarını açıqlayıb. Bununla belə, mümkün sağlamlıq risklərinə qarşı ehtiyat tədbiri olaraq məhsulların geri çağırıldığı bildirilib.
FDA- ya görə, "Sinif 1" təsnifatı uyğunsuzluq aşkar edilən məhsuldan istifadənin ciddi sağlamlıq nəticələri və ya hətta ölümlə nəticələnəcəyi ehtimalının əhəmiyyətli olduğu bir ssenaridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)
















.jpg)
