Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının iclası keçirilib - 2 İNVESTİSİYA LAYİHƏSİ TƏSDİQ EDİLİB
Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 4-cü iclasında qurumun yeni redaksiyada investisiya siyasəti, həmçinin 2 layihənin investisiya hesabatı təsdiq edilib, digər məsələlər müzakirə olunub. Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalı 100 milyon dollaradək artırılır.Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Şuranın 4-cü iclası keçirilib. Tədbirdə Azərbaycan və Qırğızıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İclasda vurğulanıb ki, Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. İqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün dövlətlərimizin başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir. Bu baxımdan, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. Fondun fəaliyyəti Qırğızıstanda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin prioritet layihələrinin maliyyələşməsini əhatə edir.
Qeyd olunub ki, ötən ilin aprelində “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Sazişdə dəyişiklik edilməsi haqqında” imzalanmış Əlavə Saziş əsasında Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon dollaradək artırılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının artırılması prosesinin sürətləndirilməsi üçün zəruri addımlar atılır. Hazırda Fond vasitəsilə maliyyələşmə çərçivəsində təqdim olunan layihələrə investisiyaların ayrılması məsələsinə baxılır.
İclasda Fondun yeni redaksiyada investisiya siyasəti, həmçinin 2025-ci il büdcəsi, təşkilati strukturu, ştat cəvdəli, eləcə də tikinti və enerji sahələri üzrə 2 layihənin investisiya hesabatı təsdiq edilib, digər məsələlər müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















