Azərbaycanda 2 yeni radio açılır
"Planet FM" və "Dalğa FM" fəaliyyətə başlayacaqYanvarın 31-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Bu barədə "Marja"ya Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda bir sıra məsələlərə baxılıb.
İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub.
Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib.
Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər. Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - "Pro Media Group" MMC (radio kanalın adı: "Planet FM") və "Broadcast Media" MMC (radio kanalın adı: "Dalğa FM") qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib.
Qərarlara əsasən ilkin mərhələdə "Bakı Teleqüllə Kompleksi"ndən 88.7 MHs radiotezliyi "Pro Media Group" MMC-nin, 92.5 MHs radiotezliyi isə "Broadcast Media" MMC-nin istifadəsinə ayrılıb.
Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən "İdeal TVNet" MMC-yə (operator xidmət adı: "İdealnet") sadə platforma operatoru, "Azeuronet" MMC-yə (operator xidmət adı: "Azeuronet") universal platforma operatoru, "TV1 Media" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TV1") lisenziyaları verilib.
İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında "Beeonline" ASC-yə, "Global Technology" MMC-yə və "Qafqaznet" MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)







