Şimali Amerika qitəsində ticarət müharibəsi təxirə salınıb
ABŞ prezidenti Donald Tramp sərhəddə immiqrasiya və narkotik ticarəti ilə mübarizə üçün daha sərt tədbirlər görməyə razılaşdıqdan sonra, qonşuları Kanada və Meksikaya 25%-lik rüsumların tətbiqini martın 4-nə qədər təxirə salmağa razılaşıb. Beləliklə, hələlik qitə ticarət müharibəsinin qarşısı alınıb.
Marja xəbər verir ki, Tramp və Kanadanın Baş naziri Kastin Trudeau, iki ölkənin bir-birinin yüz milyardlarla dollarlıq ixracatına tariflər tətbiq etməyə başlamazdan bir neçə saat əvvəl ayrı-ayrı sosial media paylaşımlarında razılaşmanı elan etdilər.
ABŞ bu prosesdə Kanada hökumətindən bir sıra güzəştlər əldə edib. Trudeau, "X"də yazdığı bir paylaşımda Kanadanın fentanillə mübarizə üçün yeni direktor təyin edəcəyini, kartelləri terrorçular siyahısına salacağını və mütəşəkkil cinayət, narkotik ticarəti və çirkli pulların yuyulması ilə mübarizə üçün yeni bir "işçi qrupu" yaratmaq üçün Birləşmiş Ştatlarla birlikdə işləyəcəyini bildirib.
Trudeau həmçinin mütəşəkkil cinayətkarlıq və fentanillə bağlı yeni sənəd imzaladığını qeyd edib. Kanada sərhəd təhlükəsizliyi resurslarını artırmaq üçün işləməyə davam edəcək.
Tramp qələbəni elan edərkən çətin danışıqların davam edəcəyinə eyham vurub. ABŞ-ın Kanada ilə ticarət kəsirini hədəf alan Tramp, "Mən bu ilkin nəticədən çox məmnunam və Kanada ilə yekun iqtisadi razılaşmanı görmək üçün şənbə günü elan edilən tariflər 30 gün müddətinə dayandırılacaq" deyib.
Bundan əvvəl Meksika prezidenti Klaudiya Şeynbaum (Claudia Sheinbaum) və Donald Tramp Meksikanın ABŞ-a fentanil axınının və immiqrasiyanın dayandırılmasına kömək etmək üçün sərhədə 10 min əsgər göndərilməsinə dair razılığa gəliblər. Bu, Trampın tariflərdən geri çəkilmək üçün əsas tələbi idi.
Tramp administrasiyası 10 faizlik tariflərin Vaşinqton vaxtı ilə saat 00:01-də qüvvəyə minməsindən əvvəl Çinlə danışmağı planlaşdırır. Bazar ertəsi Vaşinqtonda jurnalistlərə danışan Tramp deyib ki, Çinlə danışıqlar “yəqin ki, 24 saat ərzində” baş tutacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 5 d. əvvəl
-
- 19 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























